Azərbaycan dünya çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan dünya çempionatında 8 cüdoçu ilə təmsil olunacaqGənc cüdoçulardan ibarət Azərbaycan milli komandası Ekvadorun Quayakil şəhərində keçiriləcək dünya çempionatına Bakıda hazırlaşır.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, qurumun vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktoru Mark van der Ham yığmanın təlim-məşq toplanışında iştirak edərək, onların hazırlıqları ilə maraqlanıblar.
Məmmədli idmançılara uğurlar arzulayıb, onların ölkəmizə yeni medallar qazandırmalarını diləyib. Eyni zamanda, vitse-prezident bildirib ki, idmançılar turnirə çox ciddi hazırlaşıblar, yerli və beynəlxalq səviyyədə təlim-məşq toplanışlarında iştirak ediblər.
Yarışda Azərbaycanı 8 cüdoçu təmsil edəcək. Mundialda baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq), Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, dünya çempionatı 10 – 14 avqustda təşkil olunacaq. Azərbaycan millisi avqustun 7-də Ekvadora yola düşəcək. Cüdoçular 10 – 13 avqustda fərdi yarışlarda iştirak edəcəklər.

İdman       Tarix: 05 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezenesi idman xeberleri cəbhədən son vəziyyət bugünki xəbərlər