Azərbaycan enerji ehtiyatları tədarükünün şaxələndirilməsini diqqət mərkəzində saxlayır

Azərbaycan enerji ehtiyatları tədarükünün şaxələndirilməsini diqqət mərkəzində saxlayırBu gün bütün dünyada enerji təhlükəsizliyinin təmin olunması diqqətdə saxlanılan ən mühüm məsələlərdən biridir. Belə bir şəraitdə respublikamızın qlobal enerji təhlükəsizliyinin gerçəkləşdirilməsi istiqamətində atdığı addımlar, Xəzər dənizinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli, irimiqyaslı transmilli enerji layihələrinin reallaşması sahəsində davamlı təşəbbüsləri beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu, hazırda ölkəmizin uğurlu balanslı xarici siyasətində prioritet istiqamət təşkil edir, region və eləcə də dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq münasibətlərində əsas yer tutur. 
Azərbycan dünyanın müharibələr, qarşıdurmalar içində boğulduğu indiki vaxtda qarşıya qoyduğu Avropanın enerji təhlükəsizliyi vəzifəsinin yüksək səviyyədə reallaşması məqsədilə iqtisadi şaxələndirməni, bərpaolunan enerji potensialından səmərəli yararlanmanı diqqətdə saxlayır. Bununla da Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə töhfə verməyə səy göstərir. ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısı İlham Əliyevə ünvanladığı məktubda da bu məqam xüsusilə diqqət çəkir:
"Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram. Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir".
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə töhfə verməsindən danışarkən, bir neçə statistik göstəricini də xatırlatmaq istərdim. Belə ki, ötən il ölkəmizdə 43,9 milyard kubmetr təbii qaz hasil olub. Bu, 2018-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Azərbaycan, eyni zamanda, 2018-ci illə müqayisədə təbii qaz ixracatını da 2 dəfə artırıb. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qazın nəqlinə başlanılıb.
XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi layihəsinin dördüncü seqmenti – Transadriatik qaz kəməri (TAP) 2020-ci il dekabrın 31-də istismara verilib və həmin vaxtdan Azərbaycanın Avropaya "mavi yanacaq" ixracı başlayıb.
Ötən il Avropa İttifaqına 9 milyard kubmetrə yaxın mavi qaz nəql edilib. Bu il həmin rəqəmin 10 milyard kubmetrdən artıq olacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, Azərbaycan da Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında artıq yeni alternativ mənbədir. Təbii ki, bu, həm də tərəflər arasında əməkdaşlığın strateji xətlə inkişaf edəcəyini göstərir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni daha da artırmaq üçün hazırda bərpa olunan enerji məsələlərinə mühüm önəm verir, enerji istehsalını bu yolla artırılması ilə təbii qaz sərfiyyatının azaldılması və beləliklə, qənaət edilən qazın xarici bazarlara ixrac olunması məsələləri ilə bağlı təhlillər apar.  
Yeri gəlmişkən, ölkəmizin evsahibliyi etdiyi Bakı Enerji Həftəsində ilk dəfə olaraq bərpaolunan enerji sərgisinin fəaliyyəti də  Azərbaycanın enerji təhlükəsizliyinə tam nail olunması məqsədindən irəli gəlir. Sərgidə bərpaolunan enerji sahəsində "yaşıl enerji" zonası, dəniz külək enerjisi potensialı, "yaşıl hidrogen" kimi məsələlərlə bağlı dünya ölkələrinin ən son təkliflərinin yer alması da bu baxımdan mühüm önəm daşıyır. 
Bakı Enerji Həftəsində bərpa olunan enerji mənbələrinə xüsusi maraq göstərilməsi Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" ilə təmini üçün investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanlarını genişləndirmək əminliyi də yaradır. 
Bunu ona görə qeyd edirəm ki, Azərbaycan, eləcə də düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" sarıdan zəngin potensiala malikdir. Hesablamalara görə, Qarabağ bölgəsinin alternativ enerji potenisalı kifayət qədər yüksəkdir. Belə ki, işğaldan azad olunan ərazilərimizin günəş enerjisi potensialı 4 min  MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.
Yeri gəlmişkən, ötən il iyunun 3-də Energetika Nazirliyi və bp şirkəti arasında Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair icra müqaviləsi imzalanıb.
Xatırladım ki, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə "yaşıl enerji" zonası, eləcə də "ağıllı kənd" layihələrinin reallaşdırılması istiqamətlərində ilk addımlar Vətən müharibəsinin parlaq qələbəmizlə başa çatmasından dərhal sonra atılıb.
Hüseyn Qaraşov, Sosiologiya elmləri doktoru, professor, əməkdar müəllim

Siyasi       Tarix: 04 iyun 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video bugünkü son xəbərlər cəbhədən son durum az xeber