"Azərbaycan Ermənistanı işğal etsə, biz nə edəcəyik?" – İrəvanın PARANOYASI
Beynəlxalq təşkilatlarda ciddi dayaqları olan erməni diasporunun Azərbaycan əleyhinə apardığı kampaniya adi hal alıb.
KONKRET.az xəbər verir ki, aparıcı dövlətlərin siyasətinə təsir gücünə malik erməni lobbisinin həyata keçirdiyi anti-Azərbaycan təbliğatına ABŞ-da fəaliyyət göstərən Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutu da qoşulub.
Ölkəmizi regionda sülhə və sabitliyə təhlükə hesab edən erməni diasporunun təsiri altında olan bu təşkilat Azərbaycanı Ermənistana fəlakət yaşatmasına görə ittiham edir. Erməni mətbuatının böyük həvəslə tirajladığı bu hesabatın özəyində əslində irqçi şüarlar, xristian təəssübkeşliyinindən irəli gələn erməni sevgisi, Türk dünyasına nifrət dayanır.
Bu qüvvələr nəyin bahasına olursa-olsun Azərbaycanı ittiham etmək, ölkəmizi aşağılamaq üçün bəhanələr axtarırlar. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın daim əzilən tərəf kimi göstərilməsi də sıradan bir hadisə deyil.
Əslində onların ermənilərin törətdikləri cinayətlərdən xəbərləri var və sadəcə, bu cinayətləri görməzdən gəlirlər. Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanın maraqları daim qorunub və əvəzində Azərbaycan işğalçılıqda ittiham edilib. Sitat: "Azərbaycanın işğalının soyqırıma çevrilməsi üçün təhlükəli dərəcədə yüksək risk mövcuddur".
Guya işğal olunan Ermənistan ərazisindən Azərbaycan Ordusunun çıxarılması müzakirə mövzusudur. Eyni zamanda, onlar Avropa Parlamentinin 5 oktyabr tarixli qətnaməsində nəzərdə tutulan Azərbaycana qarşı sanksyaların həyata keçirilməsini təklif edirlər.
Daha sonra əlavə edilib ki, Qərb İrəvanın Ermənistan ərazisindən keçən bütün mümkün dəhlizlərə nəzarət etməsində israr etməli və Fransadan nümunə götürərək Ermənistana hərbi yardım göstərməyə başlamalıdır.
Lemkin İnstitutu həmçinin İrəvanı sərhədlərinin qorunmasında daha çox öz gücünə arxalanmağa çağırıb: "Əgər Azərbaycan Ermənistanı işğal etsə, başı Ukrayna, İsrail və Fələstinə qarışan Aİ və ABŞ-ın Ermənistanı qorumaq üçün lazımi hərbi yardım təklif edə bilməyəcəyindən narahatlıq var".
Beləliklə, Cənubi Qafqazda sülhün bərqarar olmasına əngəl törədən Qərb müxtəlif təşkilatlar vasitəsi ilə bu cür anti-Azərbaycan təbliğatları aparmaqla ölkəmizin imicinə zərbə vururlar. Görünən odur ki, ermənilərdə həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən psixoloji nasazlıq hökm sürür.
Ölkəmizi işğalçılıqda ittiham edən Qərbin ermənipərəst qüvvələrinin qarayaxma kampaniyaları Azərbaycanı haqq yolundan döndərməyəcək. Qarabağ problemini arxivə göndərən Azərbaycan qarşıdakı digər məsələləri də uğurla həyata keçirəcək.
Vəli Həsənov,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ