"Azərbaycan Ermənistanı müharibəsiz ələ keçirməyi planlaşdırır" - Erməni ekspert
"Azərbaycan Ermənistanı müharibəsiz zəbt etmək üçün işə başlayıb".
KONKRET.az xəbər verir ki, bunu Cənubi Qafqaz üzrə ekspert Anjela Elibegova Facebook səhifəsində yazıb.
"Azərbaycanlıların Ermənistan ərazisinə qayıtması ilə bağlı rəsmi konsepsiya bir neçə gün əvvəl dərc edilib və açıq mənbələrdə mövcuddur.
Konsepsiyada göstərilir ki, Ermənistan ərazisində azərbaycanlıların təhlükəsizliyi müvafiq mandat almış etibarlı və dost ölkələrin qüvvələri tərəfindən təmin edilməlidir.
Onların ekspertlərinin fikrincə, bu, türk ordusu olmalıdır. Artıq Türkiyə rəsmiləri ilə rəsmi görüşlər keçirilib. Türkiyə səfiri "icma" ofisində olub. Artıq Türkiyədən də rəsmi dəstək bəyanatları səslənib.
Azərbaycan tərəfinin bildirdiyinə görə, təkcə Ermənistan ərazisində doğulanların deyil, onların nəsillərinin də geri qayıtmaq hüququ var. Və dövlət proqramı çərçivəsində artıq qeydiyyat və siyahıların tərtibinə başlanılıb. Hazırda bir neçə yüz mindən söhbət gedir.
Azərbaycandan qaçqın düşmüş ermənilərə gəlincə, belə bir rəsmi proqram yoxdur. Ermənilərin qayıdıb düşmən dövlətin ərazisində yaşamaq istəmələri tendensiyası da yoxdur.
Azərbaycanın isə genişi proqramı var. Onlar müharibə elan etmədən Ermənistan ərazisini ələ keçirməyi planlaşdırırlar.
Diplomatik, hüquqi, təbliğat, siyasi, elmi və digər sahələrdə uzunmüddətli proqramlar çərçivəsində artıq bu istiqamətdə fəaliyyətə başlayıblar", – deyə Elibegova bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir