Azərbaycan Fələstinin xeyrinə İsrail əleyhinə SƏS VERDİ
Azərbaycan İsrail əleyhinə Fələstinin xeyrinə səs verib.
KONKRET.az xəbər verir ki, bir neçə gün əvvəl BMT Baş Assambleyası Beynəlxalq Haaqa Məhkəməsini İsrailin Fələstin ərazilərini "işğalının" hüquqi nəticələrinə dair rəy verməyə çağıran qətnamə qəbul edib.
87 ölkə təşəbbüsün lehinə səs verib, 53 ölkə bitərəf qalıb, 26 ölkə əleyhinə çıxıb.
İslam dünyasında qətnaməyə demək olar ki, yekdil dəstək ifadə edilib. Rusiya və Çin də lehinə səs verib.
Qətnamənin lehinə Azərbaycan və Türkiyə də səs verib. Ermənistan isə BMT Baş Assambleyasının qətnaməsinə səs verən 87 ölkədən biri olub.
Qətnaməyə İsrail, ABŞ, İngiltərə və Almaniya da daxil olmaqla bir çox Avropa ölkələri qarşı çıxıb.
BMT Baş Assambleyasının qətnaməyə səsverməsi ərəfəsində İsrail bu addıma qarşı olub.
"Heç bir beynəlxalq qurum yəhudi xalqının öz vətənində "işğalçı" olduğuna qərar verə bilməz. Əxlaqi cəhətdən iflasa uğramış və siyasiləşmiş BMT-dən mandat alan məhkəmə orqanının istənilən qərarı tamamilə qanunsuzdur", – deyə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan bildirib.
O, Baş Assambleyanın iclasına gəlməyib, İsrailin adından ABŞ səs verib. Öz növbəsində Fələstinin daimi nümayəndəsi Riyad Mənsur qətnaməni dəstəkləyən ölkələrə təşəkkür edib.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin dövlətlər arasında münaqişələrə baxan ən yüksək məhkəmə orqanıdır. Onun qərarları məcburidir, baxmayaraq ki, məhkəmənin bu qərarları icra etmək səlahiyyəti yoxdur.
P.S. Ermənipərəst Fələstin elə qədrimizi bilsə…
Xuraman Etibarlı,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO