Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunlarında
Moskva vilayətinin Kubinka qəsəbəsində "Armiya-2021" Beynəlxalq Hərbi-Texniki Forumu və "ARMİ-2021" 7-ci Beynəlxalq Ordu Oyunlarının təntənəli açılışı olub. Açılış mərasimində Azərbaycanı müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov təmsil edib.
Publika.az xəbər verir ki, tədbirin açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin də iştirak edib.
"ARMİ-2021" oyunlarında 34 növdə yarışlar keçiriləcək. Azərbaycan hərbçiləri "Tank biatlonu" yarışlarına qatılacaq və Belarus, Qazaxıstan, Serbiya ilə eyni qrupda mübarizə aparacaqlar.
Bundan əlavə, hərbçilərimiz Alabino poliqonundakı "Dostluq Evi"ndə keçirilən "Mədəniyyət Ordusu" müsabiqəsində də iştirak edir. "Dostluq Evi"ndə Azərbaycanın hərb, dövlətçilik tarixi və mədəniyyətini əks etdirən stend açılıb.
"ARMİ-2121" oyunları sentyabrın 4-dək davam edəcək.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək