Azərbaycan hökuməti eks-məmura təzminat ödəyəcək

Azərbaycan hökuməti eks-məmura təzminat ödəyəcəkAvropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 14-də Prezident Aparatı İşlər idarəsinin keçmiş müdiri Akif Muradverdiyevin şikayəti ilə bağlı qərar çıxarıb.
KONKRET.az xəbər verir ki, məhkəmənin qərarı barədə məlumatı hüquqşünas Xalid Ağalıyev yayıb.
İşin hallarına görə, şikayətçi 2013-cü ilin iyun ayında Moskvaya getmək istərkən Beynəlxalq Hava Limanında saxlanılıb. Onun üzərində əl yükü – kiçik bir çanta olub. Ərizəçi təhlükəsizlik, gömrük və sərhəd yoxlamalarından keçdikdən sonra, minik qapısının yaxınlığında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Çantası götürülən ərizəçi iyirmi dəqiqə otaqda sorğu-sual edilib. Ardınca, çantası geri verilib və şahidlərin iştirakı ilə üzərində və çantasında axtarış aparılıb. Axtarış lentə də alınıb, axtarış protokoluna görə, baxış zamanı ərizəçinin çantasından 40 qızıl sikkə, müxtəlif valyutalarda nağd pullar və bir neçə mobil telefon aşkar edilib. A.Muradverdiyev buna etiraz edib pul və telefonların ona məxsus olduğunu, qızıl sikkələrin isə ora qoyulduğunu bildirib.
Daha sonra ərizəçi MTN-ə aparılıb, ona Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Xəzər Məhkəməsi A.Muradverdiyevi qaçaqmalçılıqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib. Yuxarı məhkəmələr hökmü dəyişməyib.
Avropa İnsan Haqları Məhkəməsi ərizəçiyə münasibətdə Konvensiyanın 6.1-ci maddəsinin pozulmasına qərar verib. Qərara görə, hökumət A.Muradverdiyevə 4 min avro təzminat ödəməlidir. Onu AİHM qarşısında vəkil Fuad Ağayev təmsil edib.
A.Muradverdiyev 12 il Prezident Apatında işlər müdiri işləyib. Daha əvvəl isə (1995-2000) Milli Məclisin deputatı olub.
Akif Muradverdiyev iki dəfə həbs olunub. Birinci hadisə 2005-ci ildə baş verib. Onda Muradverdiyev Milli Məclisin üzvü deyildi, amma Prezident Aparatında işlər müdiri kimi yüksək vəzifə tuturdu. O, 2005-ci ilin parlament seçkiləri ərəfəsində – ölkə başçısının 20 oktyabr 2005-ci il tarixli sərəncamı ilə Prezident Administrasiyasının işlər müdiri vəzifəsindən azad olunmuşdu. Ardınca cinayətlərə görə 6 il azadlıqdan məhrum olunmuşdu.
Akif Muradverdiyev üç il həbsdə qaldıqdan sonra – 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Ali Məhkəmə onun cəzasını 5 il sınaq müddətli şərti cəza ilə əvəz etmişdi.
Onun adı bir də 2013-cü ildə gündəm oldu. Bu, onun ikinci həbsi idi.
A.Muradverdiyev bu dəfə 3 il həbsdə qala bildi. O, 2016-cı ildə Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamıı ilə azadlığa çıxdı.
A.Muradverdiyev azadlığa çıxmazdan öncə əfv ərizəsi yazmışdı.

Siyasi       Tarix: 15 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən yeni xəbərlər xabarlar cəbhədən son xəbərlər hava haqqinda