Azərbaycan ICAO-nu Ermənistanın təcavüzü ilə bağlı uçuşların təhlükəsizliyini təmin etməyə çağırdı

Azərbaycan ICAO-nu Ermənistanın təcavüzü ilə bağlı uçuşların təhlükəsizliyini təmin etməyə çağırdıAzərbaycan ICAO-nu Ermənistanın təcavüzü ilə bağlı uçuşların təhlükəsizliyini təmin etməyə çağırdı
Azərbaycan Respublikası Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Ermənistanın artan təcavüzü ilə bağlı ölkənin hava məkanında uçuşların təhlükəsizliyini təmin etməyə çağırdı.
Bu barədə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif  Məmmədovun ICAO Şurasının prezidenti cənab Salvatore Şakkitanoya və ICAO-nun baş katibi  doktor Fan Lyuya ünvanladığı  məktubda deyilir. Həmin məktubda Arif Məmmədov uçuşların təhlükəsizliyinin təmin edilməsi probleminə göstərdikləri diqqətə görə onlara səmimi təşəkkürünü və ehtiramını bildirir.
Məktubda deyilir ki, ICAO, Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış təşkilatı olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünə münasibətini aydın şəkildə bildirmiş, BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq qaldığını təsdiq edərək Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini vurğulayın (ICAO-nun  EUR/NAT 19-0505.TEC (NAE/CUP) nömrəli 15 noyabr 2019-cu il tarixli məktubu).
Eyni zamanda, həmin məktubda beynəlxalq hava nəqliyyatının bərpası və davam edən böhran şəraitində mülki aviasiya uçuşlarının təhlükəsizliyinin lazımi şəkildə təmin edilməsi üçün ICAO-nun qəbul etdiyi ardıcıl qərarlar da xüsusilə qeyd olunub.
Məktubda bildirilir: "Azərbaycan Respublikası, təşkilatın qarşısında duran məsələlərin mühümlüyünü dərk edərək, uçuşların təhlükəsizliyinin təmin edilməsi kimi əsas mövzudan kənar olan məsələləri qaldırmaq üçün ICAO-ya üzvlüyündən istifadə etmir. Lakin regionumuzda baş verən son hadisələri nəzərə alaraq,  uçuşların təhlükəsizliyi ilə bağlı çox vacib məsələ üzrə müraciət etmək istərdik.
Ermənistan Respublikasının Silahlı Qüvvələri son bir neçə gün ərzində orta və uzaq təsir radiuslu raketlərdən istifadə etməklə Azərbaycan Respublikası ərazisində yerləşən mülki obyektləri intensiv atəşə tutur. Bu hərəkətlər Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır. Bundan əlavə, Ermənistanın  silahlı qüvvələri tərəfindən hava hədəflərini məhv etmə vasitələrinin istifadəsi ağır nəticələrə səbəb ola bilər və 2014-cü ildə Donetsk (Ukrayna) üzərində vurulan mülki təyyarənin ssenarisi təkrarlana bilər.
Azərbaycan Respublikasının aeronaviqasiya xidmətləri təminatçısı "Azəraeronaviqasiya" (AZANS) Azərbaycanın Uçuş Məlumatı Bölgəsində (UMB) uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görüb və görməyə davam edir. Operativ vəziyyət AZANS-ın tam nəzarəti altındadır və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi sektoru ilə sıx əməkdaşlıq şəraitində vəziyyətin ümumi qiymətləndirilməsi dəqiqliklə həyata keçirilir.
Agentliyimiz, EUROCONTROL təşkilatı və qonşu dövlətlər arasında ələqələndirmə tədbirləri görülərək, Ermənistan Respublikasının təcavüzü və beynəlxalq normaların pozulması ilə bağlı risklərin qarşısının alınması, habelə  Azərbaycan Respublikasının hava məkanında təyyarələrin təhlükəsiz aeronaviqasiyasının təmin edilməsi və risk zonalarından kənarlaşma məqsədilə  müvafiq NOTAM-lar dərc edilib. 
Biz Ermənistan tərəfinin hüquqazidd hərəkətləri ilə bağlı ciddi narahatlıq hissi keçiririk və ICAO-nu mülki aviasiya sahəsində beynəlxalq qayda və normaların təmin edilməsinə öz töhfəsini verməyə və Ermənistanın mülki obyektlərə və hava gəmilərinə qarşı hüquqazidd hərəkətlərinin qarşısını almağa çağırırıq. Biz ümidvarıq ki, dünyanın ən nüfuzlu mülki aviasiya təşkilatı olan ICAO zamin duraraq Ermənistan Respublikası tərəfindən 1944-cü il tarixli Çikaqo Konvensiyasının müddəalarına əməl edilməsini təmin edə biləcək. Öz növbəsində, Azərbaycan hava məkanının istifadəçilərinə Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Məcmuəsində dərc olunmuş AZANS-ın tövsiyələrini və xəbərdarlıqlarını izləmək,  hava hərəkətinin idarə edilməsi üzrə dispetçerlərin göstərişlərinə riayət emək, uçuş planlarını əvvəlcədən göndərmək və nəzərdə tutulmuş uçuş trayektoriyasından mümkün kənara çıxmalara hazır olmaq ciddi tövsiyə olunub.
Biz bir daha təsdiq edirik ki, Azərbaycan Respublikası ICAO-nun standartlarına və tövsiyə olunan təcrübəsinə sadiqdir, qüvvədə olan aeronaviqasiya qaydalarına uyğun olaraq öz ölkəsinin hava məkanında uçuşların təhlükəsizliyini təmin edir və ümid edir  ki, ICAO Ermənistan Respublikası tərəfindən də eyni mövqeyə əməl olunmasını tələb edəcək". /oxu.az

Siyasi       Tarix: 05 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az