Azərbaycan İnsan İnkişafı İndeksində mövqeyini yaxşılaşdırdı
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən hazırlanan İnsan İnkişafı İndeksində (İİİ) dünyanın 193 ölkə və ərazisi arasında 89-cu yerdə qərarlaşıb.
azxeber.com hesabata istinadən xəbər verir ki, indeks 2022-ci il üçün məlumatları təqdim edir. Ölkə 2021-ci illə müqayisədə mövqeyini 6 pillə yaxşılaşdırıb.
Ölkələr insan inkişafının üç əsas göstəricisi - gözlənilən ömür uzunluğu, gözlənilən və faktiki təhsil müddıti və adambaşına alıcılıq qabiliyyəti pariteti ilə ölçülən ümumi milli gəlir üzrə qiymətləndirilib.
Orta ömür uzunluğu 73,5 il olan azərbaycanlılar 12,7 il təhsil alır, adambaşına düşən ümumi gəlir isə 15 018 ABŞ dolları təşkil edir.
2022-ci ildə Azərbaycanın İİİ-dəki göstəricisi 0,760 (maksimum dəyər - 1,000) olub. Ölkə İİİ göstəricisinə görə yüksək olan ölkələr kateqoriyasına daxil olub. Reytinqdə Azərbaycan Peru ilə Braziliya arasında yer alıb.
İndeksin lideri 0,967 göstərici ilə İsveçrə olub. İlk beşliyə həmçinin Norveç (0,966), İslandiya (0,959), Honkonq (0,956) və Danimarka (0,952) daxil edilib.
BMTİP-nin insan inkişafı üzrə yeni hesabatı "Dalandan çıxış: Qütbləşmiş dünyada əməkdaşlığı yenidən düşünmək" adlanır. Ekspertlərin proqnozlarına görə, 2020 və 2021-ci illərdə kəskin azalmadan sonra İİİ 2023-cü ildə rekord səviyyəyə çatacaq.
"Bununla belə, bu irəliləyiş dərin bərabərsizliklə müşahidə olunur. Zəngin ölkələrdə rekord səviyyədə yüksək insan inkişafı yaşanırsa, yoxsul ölkələrin yarısı böhrandan (koronovirus pandemiyasından) əvvəlki səviyyələrdən geri qalır", - hesabatda göstərilib.
BMTİP-nin rəhbəri Axim Ştayner qeyd edib ki, zəngin və kasıb ölkələr arasında bərabərsizliyin azaldılması istiqamətində sabit tendensiya əks istiqamətə çevrilib. "Dünyadakı cəmiyyətlər bir-birinə ayrılmaz şəkildə bağlı olsalar da, biz bərabərsizliyi aradan qaldırmaq vəzifəsinin öhdəsindən gəlmirik. Biz qarşılıqlı asılılığımızın bizə verdiyi imkanlardan istifadə etməliyik", - o deyib.
Hesabatda deyilir ki, beynəlxalq kollektiv fəaliyyətin uğuru hazırkı "demokratiya paradoksu" tərəfindən əngəllənir. Qeyd olunur ki, dünyada hər 10 nəfərdən 9-u demokratiyanı dəstəkləyir, lakin qlobal sorğularda iştirak edənlərin yarıdan çoxu məhz demokratiyanı sarsıda biləcək liderləri dəstəklədiyini bildirir.
Ekspertlər qlobal nəticələrə səbəb olan daha bir problem kimi siyasi qütbləşməni göstərirlər. Hesabat müəlliflərinin fikrincə, bu, iqtisadiyyatın karbonsuzlaşdırılması, rəqəmsal texnologiyalardan sui-istifadə etmək və münaqişələr kimi problemləri həll etmək üçün qlobal əməkdaşlığa əsaslı şəkildə zidd olan, yalnız daxili maraqlara istiqamətlənən siyasi yanaşmaları gücləndirir.
Hesabatda həmçinin populist hökumətləri olan ölkələrin ÜDM-inin artım templərinin aşağı olduğunu göstərən araşdırmalara da istinad edilir. Populist hökumətin hakimiyyətə gəlməsindən 15 il sonra adambaşına düşən ÜDM qeyri-populist ssenari ilə müqayisədə 10 % aşağı olur.

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək