Yaxın Şərqdə nüvə gərginliyi: ABŞ və İran arasında hərbi toqquşma PİK HƏDDƏ
Yaxın Şərqdə İran və ABŞ arasında nüvə proqramı ilə bağlı gərginlik artmaqda davam edir. Uranın zənginləşdirilməsi məsələsində razılıq əldə olunmaması bölgə sabitliyini ciddi şəkildə təhlükə altına atıb.
KONKRET.azxəbər verir ki, İran son günlərdə "düşmən hərəkətlərinə yönəlmiş" genişmiqyaslı hərbi təlimlərə başladığını elan edib. Tehran bu addımı bölgədə artan təhlükəsizlik riskləri ilə izah edir.
ABŞ administrasiyası dəfələrlə bəyan edib ki, İranın uranı zənginləşdirməsinə və nüvə silahı əldə etməsinə heç vaxt icazə verilməyəcək. İran hökuməti isə bu bəyanatları "qəbuledilməz" adlandıraraq, nüvə proqramından imtina etməyəcəyini vurğulayıb.
ABŞ prezidenti Donald Tramp, danışıqların nəticəsiz qalacağı təqdirdə İrana qarşı hərbi zərbə endiriləcəyini bəyan edib. Buna cavab olaraq İran bildirib ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazaları onların raket məsafəsindədir.
İran hökuməti bölgədə təhlükəsizliyin zəiflədiyini əsas gətirərək, Bağdaddakı hərbi bazasının bir hissəsini boşaltmaq qərarına gəlib. Eyni zamanda, ABŞ mediası İsrailin İrana qarşı hərbi əməliyyat planlaşdırdığı, lakin bu əməliyyatda ABŞ-ın birbaşa iştirak etməyəcəyi barədə məlumat yayıb.
Hazırkı vəziyyət Yaxın Şərqdə yeni bir qarşıdurma ehtimalını artırır və beynəlxalq ictimaiyyət bu inkişafları ciddi narahatlıqla izləyir.
Aynurə İsmayıl
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO