Azərbaycan niye NATO-ya üzv olmur? - İLGİNC SƏBƏBLƏR

Azərbaycan niye NATO-ya üzv olmur? - İLGİNC SƏBƏBLƏR"SSRİ-nin dağılmasından sonra keçmiş Sovet respublikaları NATO ilə münasibətlərdə fərqli istiqamətlərdə irəliləməyə başladılar. Baltikyanı ölkələr, Latviya, Litva və Estoniya birbaşa NATO-ya üzv oldular. Digər postsovet ölkələri, Ukrayna və Gürcüstan isə NATO-ya inteqrasiya üçün təşəbbüs göstərsələr də, bu planlar reallaşmadı. Rusiyanın bu ölkələrə qarşı göstərdiyi aqressiv siyasət, eyni zamanda NATO-nun açıq və birbaşa dəstək verməkdə tərəddüdlü davranması Ukrayna və Gürcüstanın təhlükəsizliyini ciddi şəkildə risk altına atdı. Nəticədə bu ölkələr müharibə vəziyyətinə düşdülər. Bu ssenarinin nəticəsi olaraq digər postsovet ölkələri NATO-ya üzvlük məsələsində daha ehtiyatlı yanaşmağa başladılar".
Bu sözləri politoloq Zeynal Əmrəliyev KONKRET.az-a açıqlamasında səsləndirib:
Azərbaycan niye NATO-ya üzv olmur? - İLGİNC SƏBƏBLƏR"Hazırda Ermənistan da NATO ilə inteqrasiya istiqamətində müəyyən addımlar atır. Lakin bu ölkə də Ukrayna və Gürcüstanda olduğu kimi həm Qərbdən yetərincə dəstək ala bilmir, həm də Rusiyanın təzyiqləri ilə üz-üzə qalır.
Azərbaycan isə fərqli bir yanaşma sərgiləyir. NATO ilə rəsmi üzvlük məsələsini gündəmə gətirmədən, təşkilatın üzvü olan Türkiyə ilə hərbi əməkdaşlığını gücləndirərək NATO ilə münasibətləri strateji səviyyəyə daşıyıb. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinin zirvəsi hesab olunur. Bu əməkdaşlıq Azərbaycanı NATO ilə sıx hərbi münasibətlərə malik bir ölkəyə çevirib".
Ekspert hesab edir ki, Azərbaycanın yaxın gələcəkdə NATO-ya üzvlüyü gözlənilmir. Mövcud regional və beynəlxalq vəziyyət fonunda Azərbaycan bu mərhələdə hər hansı təhlükəsizlik təşkilatına üzv olmağa ehtiyac duymur. Azərbaycan NATO ilə əməkdaşlığı faktiki olaraq yüksək səviyyədə inkişaf etdirir və NATO-nun ikinci ən güclü ordusuna sahib olan Türkiyə ilə hərbi müttəfiqlik əlaqələri qurub.
"Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatının fəal və aparıcı üzvlərindən biri kimi bu platforma daxilində də mühüm təşəbbüslərlə çıxış edir. Bu strategiya Azərbaycanın balanslaşdırılmış xarici siyasətini qorumağa və müxtəlif güc mərkəzləri ilə münasibətlərini optimal səviyyədə saxlamağa imkan verir.
Nəticə etibarilə, Azərbaycan üçün NATO ilə əməkdaşlıq rəsmi üzvlükdən daha real və effektiv bir təhlükəsizlik modelinə çevrilib".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 13 iyun 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az azerbaycanda son xeberler siyaseti xeberler bugun cebheden xeber