Azərbaycan "İslam səkkizliyi"nə üzv olmaq üçün MÜRACİƏT EDİB
"D-8 ("İslam səkkizliyi" – red.) təşkilatının daha da möhkəmləndirilməsi üçün nələr edəcəyimizi müzakirə edirik. Hazırda təşkilata Banqladeş sədrlik edir. Qarşımıza hədəflər qoymuşuq, 2030 hədəflərimiz var. Bu hədəflərə yenidən nəzər salmağımız lazımdır".
KONKRET.azxəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TV 100-ə müsahibəsində deyib.
"Bu təşkilatı genişlətmək lazımdır. Azərbaycan quruma üzv olmaq üçün müraciət edib. Məsələn, təşkilatı D-20 edə bilərikmi? D-8-ə rəhbərliyimiz dövründə bunun üzərində işləmişdik. Üzvlük üçün meyarların konkretləşməsi lazımdır", – XİN başçısı bildirib.
Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 8 müsəlman ölkəsini birləşdirir. D-8 Türkiyənin o dönəmki Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qurulub.//Report
Xidmetler [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?