Azərbaycan könüllüləri aztəminatlı ailələrə və tənha ahıllara bayram sovqatları çatdırıblar - FOTO
Azərbaycan könüllüləri aztəminatlı ailələrə və tənha ahıllara bayram sovqatları çatdırıblar - FOTO
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan könüllüləri #Birlikdəstək (Birlikdə dəstək) yardım kampaniyası çərçivəsində Bakı şəhəri və ətraf rayonlarda aztəminatlı ailələri və tənha yaşayan ahıl vətəndaşlarımızı ziyarət ediblər. Hər addımlarında milli həmrəylik, xeyirxahlıq və birlik nümayiş etdirməyi qarşılarına məqsəd qoyan könüllülər onlara bayram sovqatları çatdırıb, həmsöhbət olublar.
Xatırladaq ki, Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə düşmən hücumlarından zərərçəkən ailələlərə yardım məqsədilə başladılan humanitar yardım kampaniyası çərçivəsində həmçinin aztəminatlı və həssas kateqoriyadan olan vətəndaşlarımıza da dəstək göstərilir. Xeyirxah vətəndaşlar tərəfindən edilən ianələr könüllülər tərəfindən çeşidlənərək bağlamalara yığılır və ehtiyacı olanlara çatdırılır.
Ümumilikdə, bu günüdək kampaniya vasitəsilə 400-ə yaxın ailəyə ərzaq və qeyri-ərzaq məhsullarından ibarət bağlamalar çatdırılıb.
Dəstək olmaq istəyən vətəndaşlar ianə etmək istədikləri məhsul və ya əşyaları linkdə qeyd olunan ünvanlara yaxınlaşaraq təhvil verə bilər və ya qaynar xətt ilə əlaqə saxlaya bilərlər.
Ünvanlar:
Qaynar xətt: +99470 266 80 90












Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız