Azərbaycan könüllüləri Türkiyədə zərərçəkən uşaqlara xidmət etməyə davam edirlər - FOTO
Türkiyədəki zəlzələdən sonra qardaş ölkəyə yardım məqsədilə yollanan azərbaycanlı gənclər artıq dördüncü həftədir ki, könüllü kimi fəaliyyətini davam etdirirlər.
Fəlakətdən zərər görmüş bölgələrdəki çadır şəhərciklərində könüllü kimi çalışan gənclərimiz zərərçəkmiş şəxslərə göndərilmiş qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir və digər dəstəkverici xidmətlər göstərirlər.
Zəlzələdən təsirlənənlərin uşaqlar olduğunu nəzərə alaraq, könüllülərimiz uşaqları daim diqqətdə saxlayır, onların inkişafı üçün müxtəlif fəaliyyətlər həyata keçirirlər. Könüllü gənclərimiz zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə, habelə təbii fəlakət zamanı keçirdikləri sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün uşaqlara qayğı və psixoloji dəstək xidməti göstərir, eləcə də onlarla müxtəlif oyunlar və digər əyləncəli-maarifləndirici fəaliyyətlər təşkil edirlər.
Qeyd edək ki, ötən həftə könüllülərimizin düşərgəsinin yerləşdiyi çadır şəhərciyinin ərazisində qurulan Texnofest çadırında fəaliyyət göstərən Azərbaycan könüllüləri uşaqlarla səmərəli vaxt keçiriblər.










/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu