Azərbaycan korrupsiyaya qarşı mübarizədə MDB məkanında birinci yerdədir

Azərbaycan korrupsiyaya qarşı mübarizədə MDB məkanında birinci yerdədirAzərbaycan korrupsiyaya qarşı mübarizədə MDB məkanında birinci yerdədir
2020-ci il iyunun 3-də Strasburqda Avropa Şurasının antikorrupsiya monitorinq orqanı – Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) 2019-cu ildə fəaliyyətini əks etdirən hesabatın təqdimatı keçirilib.
Hesabat parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması məsələlərini əhatə edir.
AZƏRTAC xəbər verir ki, hesabata əsasən Azərbaycan tövsiyələri 61,9 faiz icra edib. Ölkəmiz bu göstərici üzrə Avropa Şurasına üzv 50 ölkə arasında yeddinci yerdə, MDB ölkələri arasında isə birinci yerdədir.
Bu yüksək nəticə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan güclü siyasi iradə ilə bağlıdır. Dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul olunub, bu sahədə yeni strateji baxışlar və hədəflər müəyyən edilib. Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən institusional və qanunvericilik islahatları, yaradılan elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə qurulan sıx əməkdaşlıq və geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətinin təzahürləridir.
Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar bu sahədə dövlət siyasətinin formalaşması, cinayət təqibinin həyata keçirilməsi və dövlət qurumları tərəfindən preventiv tədbirlərin icrası istiqamətlərində sistemli fəaliyyət həyata keçirirlər.
Dövlət xidmətlərinin göstərilməsində korrupsiya hallarını tam istisna edən "ASAN xidmət" modeli beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul edilir. Ölkə prezidentinin təşəbbüsü ilə yaradılan və Azərbaycan brendi olan "ASAN xidmət" bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir.
Korrupsiyaya qarşı mübarizə və açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət planları dövlət orqanları tərəfindən yüksək səviyyədə icra olunur. Vətəndaş cəmiyyəti institutlarının apardıqları müstəqil monitorinqlərin nəticələri Milli Fəaliyyət planlarının uğurlu icrasını bir daha təsdiq edib.
Bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən müsbət dinamika beynəlxalq antikorrupsiya reytinqlərində də öz əksini tapıb. Ölkəmiz BMT, Avropa Şurası, OECD və Beynəlxalq Antikorrupsiya Akademiyası ilə sıx əməkdaşlıq əlaqələri qurub və bu fəaliyyətdə də mühüm irəliləyişlər əldə edib. Azərbaycan Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) və OECD-nin Antikorrupsiya Şəbəkəsinin 3 qiymətləndirmə raundunu uğurla keçib. Bu isə ölkəmizdə həyata keçirilən tədbirlərin Avropa standartlarına uyğunluğunun indikatorudur. /oxu.az

Siyasi       Tarix: 05 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər kriminal xeber cəbhədən son xəbərlər cebheden xeber