Azərbaycan kubokunda sensasiya - VİDEO
Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Publika.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
Əvvəlcə "Turan Tovuz" doğma meydanda digər əyalət təmsilçisi "Qəbələ"ni qəbul edib. Elita təmsilçisi bu oyunda 2:0 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.
"Zirə" birinci divizionda çıxış edən "Qaradağ Lökbatan"ın qonağı olub və darmadağınla mərhələ adlayan tərəf olub - 4:0.
"Sabah" isə "Kəpəz"i sınağa çəkib. Qarşılaşmada hesabı Premyer Liqa təmsilçisi açıb. Lakin Gəncə klubu qalan dəqiqələrdə iki qol vurmaqla kubokda sensasiyaya imza atıb və elita təmsilçisini mübarizədən kənarlaşdırmaqla 1/4 finala yüksəlib.
İlk oyun günündə "Zaqatala"nı 3:2 hesabıyla məğlub edən "Səbail" ölkə kubokunda 1/4 final mərhələsinə yüksələn ilk komanda adını qazanmışdı.
Azərbaycan kuboku
1/8 final
25 yanvar
Turan Tovuz – Qəbələ 0:2
Qol: S.Vukçeviç, 32. C.Adeniyi, 45+2.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu, 14:00.
Qaradağ Lökbatan – Zirə 0:4
Qol: N.Andelkoviç, 12. D.Volkov, 27; 45+1. M.Qurbanlı, 33.
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Bakı. "Dalğa Arena", 16:00.
Sabah – Kəpəz 1:2
Qol: F.İvanoviç, 45+1 – S.Qurbanov, 68. Ə.Səmədov, 84.
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Masazır. "Bank Respublika Arena", 17:00.

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu