Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir

Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edirAzərbaycan-Macarıstan əlaqələriiki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətləinkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərindəMacarıstanla əməkdaşlıq xüsusi yer tutur.
Tarixin bir çox mərhələsində Macarıstan Azərbaycanla siyasi, elmi-mədəni proseslərdə ortaq mövqe sərgiləyərəketibarlı dost kimi sadiqliyini nümayiş etdirib. Respublikamız dövlət müstəqilliyinibərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin Macarıstanla əməkdaşlığa xüsusiönəm verməsi, diplomatik münasibətlərin yaxın tərəfdaşlıq ruhunda inkişafetdirilməsi rəsmi Budapeşti etibarlı müttəfiqə çevirib.
Hər zaman müstəqillik vəsuverenlik prinsiplərindən çıxış edən ölkələrimiz müxtəlif sahələrdə uğurla əməkdaşlıqedirlər. Azərbaycanla Macarıstanın münasibətləri isə həm dövlət maraqlarına, həmcəmiyyətlərin qarşılıqlı rəğbətinə, həm də tarixə bağlıdır. Türk kökənliyi ikiölkəni və xalqı bir araya gətirən ən etibarlı bağdır. Azərbaycan getdikcəqlobal güc mərkəzlərindən birinə çevrilməkdə olan Türk Dövlətləri Təşkilatının(TDT) əsasının qoyulmasında mühüm rol oynayan dövlətlərdən biridir və hazırdada qurumun funksionallığının artmasına sanballı töhfələr verir. Cənab İlhamƏliyevin Macarıstana davamlı xarakter alan səfərləri, eləcə də, MacarıstanınBaş naziri Viktor Orbanın Azərbaycana səfərləri əməkdaşlığın dinamikasını vəsiyasi ruhunu daha da gücləndirib, əsl dostluq platforması formalaşdırıb. Təsadüfideyil ki, V.Orban Azərbaycanı öz doğma Vətəni adlandırır. Eləcə də Cənab İlhamƏliyev Macarıstanı öz doğma evimiz hesab etdiyini bildirir. İlk dəfə olaraqTürk Dövlətləri Təşkilatının ikinci qeyri-rəsmi Zirvə görüşünün Macarıstandakeçirilməsi isə bu ölkənin Türk ailəsinin bir parçası, ayrılmaz tərəfdaşıolmasını göstərir. Bu təşkilata tamhüquqlu üzv olmasa da, Macarıstan Türk dövlətləriüçün eyni strateji dost və qardaş ölkədir, bütün məsələlərdə onlarla həmrəydir.
Macarıstanın bu ailədə özlayiqli yerini tutmasında, daha aktiv iştirakçıya çevrilməsində Azərbaycanınliderliyi isə diqqətdən qaça bilməz. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmiZirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı olan Azərbaycan ilk Zirvətoplantısını ötən il Şuşa şəhərində təşkil etməklə xoş ənənənin əsasını qoyub vəbu mütərəqqi modeli Şərqi-Avropa regionuna gətirir. Prezident cənab İlhamƏliyevin bəyan etdiyi kimi Şuşa Zirvəsindən sonra estafetin Macarıstana verilməsialqışlanmalıdır. Bu, bir daha onu göstərir ki, Macarıstan öz milli ənənələrinə,tarixi köklərinə bağlı olan dövlət kimi Türk dünyasının, Azərbaycanın daimisadiq tərəfdaşıdır, Şuşadan sonra mötəbər toplantının ona həvalə edilməsi də təsadüfideyil.
Azərbaycan–Macarıstanmünasibətləri qarşılıqlı hörmət, etimad və strateji maraqlara əsaslanır. İkiölkə arasında yüksəksəviyyəli səfərlər münasibətlərin inkişafına təkan verib. Azərbaycan ilə Macarıstan strateji dialoqudavam etdirmək, ticarət, investisiya, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlıqimkanlarını genişləndirmək niyyətindədir. Prezident cənab İlham Əliyevin mətbuatabəyanat zamanı dediyi kimi, bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaşölkə kimi birgə fəaliyyət göstəririk. Azərbaycanla Macarıstan emerji sahəsindədə fəal əməkdaşlıq edir. Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı vəstrateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı,xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanınenerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini dahada artırır. Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyatakeçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsibaxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı ölkəmizinMacarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə biləcəyini söyləyərəkvurğulayıb: "Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir,yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixracedirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. AvropaKomissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaşkimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinkiAvropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinəgörə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qazehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanlayaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerjigündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerjiistehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beşil ərzində təmin ediləcək.
Macarıstan davamlı olaraqTürk Dünyasının birgə layihələrində yaxından təmsil olunmaqla faktiki olaraqTürk dövlətlərinin ortaq maraqlarını ifadə edir, Türk Dövlətləri Təşkilatında(TDT) müşahidəçi üzv olmasına baxmayaraq, birgə layihələrdə təmsil olunub,özünü Türkdilli ölkələrin ailəsində hesab edərək regional layihələrdə iştirakedir. Türk dünyasının ortaq layihəsi olan Orta Dəhlizdə yer almaq üçün fəallığınıartırır.
MönsümALIŞOV
Pedaqojielmlər doktoru, professor / azxeber.com

Siyasi       Tarix: 22 may 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler futbol xeberleri xəbər az sou biznes