İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və İrəvanın silahlandırılması sülh prosesinin gələcəyi ilə bağlı suallar doğurur. Bəs Paşinyan sülh sazişinin imzalanmasını niyə ləngidir və bu prosesdə hansı amillər həlledici rol oynayır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı hesab edir ki, Ermənistanın baş naziri sülh prosesini uzatmaqla vaxt qazanmağa çalışır.
İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?Onun sözlərinə görə, Paşinyanın sülh sazişinin 2031-ci ilə qədər imzalana biləcəyinə dair açıqlaması da bu yanaşmanın göstəricisidir.
"İstənilən halda, Azərbaycan tərəfi təmkinli və israrlı olmalıdır. Ermənistan Konstitusiyasında referendum yolu ilə dəyişikliklər mütləq həyata keçirilməlidir. Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biri də budur. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmayana qədər iki ölkə arasında sülh sazişinin imzalanmasından söhbət gedə bilməz. Hesab edirəm ki, Ermənistan tərəfi də bunu yaxşı bilir, sadəcə olaraq, vaxtı uzatmağa çalışır", – deyə siyasi şərhçi bildirib.
C.Abbaslı vurğulayıb ki, Azərbaycan Ermənistanın Konstitusiya dəyişikliyi məsələsini diqqətdə saxlamalı və bu istiqamətdə mövqeyində israrlı olmalıdır. O, həmçinin Ermənistanın müxtəlif ölkələrdən silah almasına diqqət çəkərək, bu prosesin Azərbaycanın maraqları baxımından nəzərə alınmasının vacibliyini qeyd edib.
Siyasi şərhçinin fikrincə, Ermənistanın Hindistan və digər ölkələrdən silah əldə etməsi regionda baş verən proseslərin diqqətlə izlənilməsini zəruri edir.
C.Abbaslı qeyd edib ki, Ermənistanda Konstitusiya dəyişikliyinin həyata keçirilməsi ilə bağlı gözləntilər olsa da, prosesin uzanması haqlı suallar doğurur. Onun sözlərinə görə, Azərbaycan tərəfi İrəvanın bu istiqamətdə konkret addımlar atmasına nail olmaq üçün siyasi təzyiqləri artırmalıdır.
"Düşünürəm ki, Ermənistanın artıq bütün cəhdləri tükənmək üzrədir. Sadəcə olaraq, bunu tamamilə tükəndirmək və birdəfəlik bu prosesə son qoymaq lazımdır", – deyə C.Abbaslı fikrini yekunlaşdırıb.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 31 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir' - İlham Əliyev

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir". AZƏRTAC-a istinadə

Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı

MHP sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi və diplomatik məsələlərdən daha dərin olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyini

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbərlər axsam.az xeberler son xəbərlər azərbaycanda valyuta mezennesi banklar