Azərbaycan mafiyası ilə əlbir olan polislər də tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Azərbaycan mafiyası ilə əlbir olan polislər də tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİSankt-Peterburqda mütəşəkkil cinayətkar dəstə ilə əlbir olan polislər saxlanılıb. 
azxeber.com lent.az-a istinadən bildirir ki, Peterburqun Vıborq rayonunda "azərbaycanlı quldurlar" adlanan mütəşəkkil cinayətkar dəstənin üzvləri əməliyyat ssenarisi üzrə iki Sankt-Peterburq sakini ilə kafedə görüşməyə razılaşıblar. Görüş zamanı quldurlar onları döyüblər və zərərçəkənlərin təxminən 400 min rublunu (təxminən 7360 manat) əllərindən alıblar.
Hadisə yerinə polislər UAZ markalı avtomobillə gəlib. Zərərçəkmişlərin dediyinə görə, polis onları tutub maşına mindirməyə başlayıb. Cinayətkarları deyil, zərərçəkənləri aparıblar və dəstə üzvləri bu işdə məmurlara fəal kömək ediblər. Döyülən şəxsləri maşının içərisinə itələyərkən onlardan biri polislərin saxta ola biləcəyini düşünüb. O, polis avtomobilinin sükanı arxasına keçərək qaçmağa çalışıb.
Polis mütəşəkkil cinayətkar qrup üzvlərinin avtomobillərinə minərək xidməti maşını oğurlayan zərərçəkənləri təqib edib və bu zaman onlar bir neçə qəza törədiblər. Quldurlar əllərində olan travmatik silahlarla xidməti avtomobil olan UAZ-a atəş açıblar. Təqib bir saata yaxın davam edib, avtomobil oğruları tutularaq, bir neçə maşında Vıborq rayon Daxili İşlər Nazirliyinə aparılıb. 
Ətraflı
Nazirlikdə xəsarət alan Sankt-Peterburq sakinlərinə xuliqanlıq ittihamı ilə iş qaldırmağı təklif ediblər, polislərdən isə xarab olmuş UAZ-ı təmir etdirməyi xahiş ediblər. Bu şərtlə hamının sərbəst buraxılacağı bildirilib.
Baş verənlərlə Daxili Təhlükəsizlik İdarəsi və İstintaq Komitəsi maraqlanıb. Daha sonra Daxili İşlər Nazirliyi 59-cu polis bölməsinin iki əməkdaşını mütəşəkkil cinayətkar qrupa və bir neçə dəstə üzvünü himayə etməkdə şübhəli bilərək saxladığını təsdiqləyib.
Qeyd edək ki, sözügedən əməliyyat təxminən 1 ay yarım əvvəl Peterburqda saxlanılan "Azərbaycan mafiyası"nın cinayət işi çərçivəsində keçirilib. Məlum olub ki, saxlanılan polislər həmin dəstə üzvlərinə kömək ediblər.

Sosial       Tarix: 09 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler az qarabag kriminal xeberler son xeberler az