Azərbaycan məhsullarının "Trendyol"da satışına başlanılıb
Orta Şərq və Mərkəzi Avropanın ən böyük onlayn ticarət platforması olan "Trendyol" ABAD publik hüquqi şəxs ilə əməkdaşlığa başlayıb.
KONKRET.az xəbər verir ki, bunu "InMerge Innovation Summit"in panel sessiyasında çıxışı zamanı Türkiyənin "Trendyol Group" şirkətinin direktoru Erdem İnan deyib.
"Biznes ekosisteminə müsbət təsir göstərmək və rəqəmsal inkişafa dəstək olmaq məqsədi ilə Türkiyədəki mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, həmçinin sənətkarların məhsul və əl işlərini Türkiyənin hər yerində, hətta digər ölkələrdə müştərilərə çatdıran platforma artıq təcrübəsini Azərbaycanla da paylaşacaq. Bu istiqamətdə atılan ilk addım isə ABAD – "Ailə Biznesinə Asan Dəstək" – məhsullarının platformaya daxil edilməsi oldu. ABAD "Trendyol"da təqdim olunan ilk Azərbaycan brendi kimi azərbaycanlı qida istehsalçılarının və sənətkarlarının əl işini bütün dünyaya satacaq", – deyə Erdem İnan əlavə edib.
Hazırda pilot xarakter daşıyan bu layihə çərçivəsində az miqdarda ABAD məhsulları Türkiyəyə ixrac olunub və ixrac həcminin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.
"Trendyol"da idarəetmə barədə danışan Erdem İnan bildirib ki, ekosistemin fəaliyyətinin genişləndirilməsi üçün işlək logistika sistemi, satış sistemi ilə yanaşı yaxşı ödəmə sistemi olmalıdır: "Azərbaycanda etibarlı logistika sistemi mövcuddur. Həmçinin trafikin artırılması çox vacibdir. Növbəti mərhələdə trafik mənbəyini cəlb etmək lazımdır, çünki milyonlarla insan elektron ticarətin bir parçasıdır. Hazırda istifadəçilər sürətli və etibarlı satış sistemi istəyirlər. Bunun üçün ölkələr arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi çox önəmlidir", – deyə Erdem İnan vurğulayıb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR