Azərbaycan memarlığındakı "polyak irsi": Turizm marşrutu kimi istifadə edilə bilərmi? – ŞƏRH

Azərbaycan memarlığındakı Azərbaycan memarlığındakı "polyak irsi": Turizm marşrutu kimi istifadə edilə bilərmi? – ŞƏRH
Ölkəmizin bir sıra sahələrinin inkişafında vaxtı ilə polyakların müstəsna rolu olub. 2 minə yaxın polyak müxtəlif sahələrdə fəaliyyət göstərib. Azərbaycana polyakların gəlişi XVII əsrin əvvəllərində başlasa da, XIX əsrin ortalarında onların ikinci dalğası Bakı və Gəncə kimi şəhərlərdə məskunlaşıb. Sovet hakimiyyətinin qurulmasından sonra bəzi polyaklar vətənlərinə qayıtsa da, bir çoxları Azərbaycanda qalıb. Məlumatlara görə, hal-hazırda ölkəmizdə 200-ə yaxın polyak yaşayır.
Məsələ ilə bağlı "Kaspi" qəzeti mütəxəssislərin fikirlərinə baş vurub.
XIX əsrdə Bakıda "neft bumu" yaşanan zaman Polşa ilə Azərbaycanın əlaqələri daha da intensivləşib. Məhz bu zaman Azərbaycana polyak mühəndisləri, memarları, həkimləri gəlib. Polyak memarları Bakı memarlığının formalaşmasında müstəsna xidmətlər göstəriblər. Onlar şərq və qərb memarlığını sintez edərək layihələşdiriblər. Polşa arxitektorlarının inşa etdikləri memarlıq inciləri indi də Bakının simasını bəzəyir. Həmin dövrdə üç polyak memar – İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko Bakının Baş memarı kimi çalışıblar. Digər polyak memar Yevgeni Skibinskinin yaratdığı memarlıq inciləri də şəhərə yeni nəfəs gətirmişdi. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin binası, Hacı Zeynalabdin Tağıyevin sarayı (indiki Tarix Muzeyi), Qızlar məktəbi (indiki Əlyazmalar İnstitutu), Səadət Sarayı və digər möhtəşəm tikililər polyak memarların əl işləridir. Polyak irsinin nümunələri, müxtəlif memarlıq inciləri ilə yanaşı, polyak mühəndis və mesenat Pototskinin qəbri və polyak əsilli violonçelistlər Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi də bu siyahıda yer alıb. O zaman polyaklar, əsasən, Bakıda sıx halda yaşasalar da, polyak memarlıq irsinə Azərbaycanın digər bölgələrində də rast gəlmək olar. Belə ki, Şamaxı, Gəncə, Qusar və Zaqatalada da polyak memarlıq üslublarında məscid, kilsə tikilib, eləcə də şəhər planları hazırlanıb.
Bütün bunları nəzərə alan Azərbaycan Turizm Bürosu "Azərbaycanda Polyak irsi" yol xəritəsini və Polşa turistləri üçün Bakıda gəzinti turu hazırlayıb. Həmin xəritə əsasında turistlər polyak memarların ucaltdığı abidələrlə tanış ola biləcəklər.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Polşa memarlarının Azərbaycanda ucaltdığı abidələrə həsr olunmuş layihənin təqdimatında bildirdi ki, bu irslə bağlı broşür hazırlanıb: "Bu broşürdə Polşa memarlarının Azərbaycanda yaratdığı bütün memarlıq abidələri göstərilib. Ümid edirəm sərhədlər açıldıqdan sonra yeni-yeni istiqamətlər üzrə məlumatlar hazırlanacaq".
Yol xəritəsi turistlərə gəzinti turunu təşkil etməyə kömək edəcək. Turistlər dünyada müsəlman qızlar üçün açılmış ilk məktəb, Bakı milyonçularının sevgi hekayələri, polyak memarlarının taleləri, "un kralının" başına gəlmiş qalmaqal haqda məlumatlar əldə edəcəklər. Bundan əlavə, marşrut boyu turistlərin qarşısına "özünlə apar" (take away) kafelər çıxacaq, onlar çay və ya qəhvə sifariş edə biləcəklər.
Turizmçilər hesab edir ki, polyak turistlərin Azərbaycana səfərlərini intensivləşdirmək üçün belə kitabçaların və yol xəritəsinin əhəmiyyəti böyükdür.
"Vaxtilə polyak mütəxəssisləri Azərbaycanda nəinki memarlıq, həmçinin neftçıxarma  sahəsində işləyiblər" - deyə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir: "Polşalı mühəndis Pavel Pototskinin məzarı Bakıdadır. Azərbaycanda bır sıra əhəmiyyətli tikililərin inşasında polyak memarların izləri var. Elə təkcə İstiqlaliyyət küçəsində bir neçə binanın memarı polyaklar olub. Onlar neft bumu zamanı Bakıda çox binalar inşa ediblər". Ekspert hesab edir ki, belə bir marşrutun olması iki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına da təsir göstərəcək: "Polşa da Avropanın aparıcı dövlətlərindən biridir. Bu, həmçinin qonşu dövlətlərin də diqqətini çəkə bilər. Eləcə də Gəncədə, Şəmkirdə alman məskənlərinin olması ilə bağlı xəritələrin hazırlanması müsbət addımdır. Fikrimcə, təbliğat təkcə Bakıda aparılmamalı, ikitərəfli olmalıdır. Bəzən bu təbliğatı özümüz üçün edirik, qarşı tərəfə çatdıra bilmirik. Təbliğatı, həmçinin Polşada fəaliyyət göstərən Azərbaycan səfirliyi və diasporu da həyata keçirməlidir. O cümlədən, mədəni əlaqələr, incəsənət günləri vasitəsilə Polşa ictimaiyyətinə də çatdırılmalıdır. Ordakı yeni nəsil də bilsin ki, vaxtilə ölkələrimiz arasında sıx əlaqələr olub və bu gün də var".
Ekspertin fikrincə, bu tip layihələr ölkəmizə marağı daha da artıracaq: "Azərbaycanın necə tolerant dövlət olduğunu, mədəniyyətinin hansı səviyyədə inkişaf etdiyini onlara çatdırsaq, bir çoxu Azərbaycana üz tutacaq. Həm də təbliğat işini elə qurmaq lazımdır ki, Azərbaycanın, ümumiyyətlə, təkcə Cənubi Qafqazda deyil, bütün Qafqazda oynadığı rolu təqdim edə bilək. Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənəsi, mətbəxi, musiqisi haqqında dolğun məlumatlar Polşa ictimaiyyətində maraq yarada bilər. Düzgün istiqamətdə təbliğat aparılmalıdır ki, onlar ölkəmizə səfər etmək marağında olsunlar. Bu da turizmin inkişafına təkan verə bilər".
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov hesab edir ki, belə turizm marşrutlarının və broşürların gəlmə turizminə böyük faydası var: "Avropalılar daha çox bu tip istirahəti xoşlayırlar. Muzeyləri gəzmək, abidələrlə tanış olmaq, hansısa yeni marşrutların iştirakçısı olmaq onlar üçün maraqlıdır. Ərəb turistləri isə daha çox təbiəti, yaşıllığı və s. istiqamətləri xoşlayırlar. Bu baxımdan, Avropa turistləri bu seqmentdə bizim üçün çox vacibdir. O cümlədən, Bakı-Gəncə-Şuşa-Batumi istiqamətində hazırlanan "Əli və Nino" marşrutu da gəlmə turizmində böyük rol oynayacaq. Ümid edirik ki, yaxın gələcəkdə sərhədlər açılacaq və avtobusla, qatarla bu marşrutlar üzrə turistlərin hərəkəti mümkün olacaq!"
Maraqlı turizm marşrutları və xəritələri hazırlanır. Qalır gözləmək, quru sərhədlərin açılmasını və pandemiya şərtlərinin tamamilə aradan qalxmasını... /oxu.az

Turizm       Tarix: 03 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri cəbhədən ən son xəbər xeberler bu gun kriminal bugun