Azərbaycan millisinin kapitanı zədələndi
Avropa çempionatının final mərhələsində çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası avqustun 22-də Rusiya yığması ilə qarşılaşıb. Millimizin kapitanı Ayşən Abdulazimova isə bu matçda komandamıza kömək edə bilməyib.
Publika.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, oyunçu avqustun 21-də Bosniya və Herseqovina millisinə qarşı keçirdiyi oyun zamanı zədələnib. Müayinədən sonra məlum olub ki, voleybolçunun hücum zamanı bel əzələsi dartılıb. Bu səbəbdən həkim A.Abdulazimovaya bir neçə gün müalicə almalı olduğunu bildirib.
Qeyd edək ki, millimiz həm Bosniya və Herseqovina, həm də Rusiya yığmasına 0:3 hesabı ilə məğlub olub.

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
İran ABŞ-a sərt cavabla hədələdi: "Bütün regional obyektlər hədəf alınacaq"
Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: "Yeni addımlar atılmalıdır!"
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır
İsrail Türkiyə ilə MÜHARİBƏYƏ başlayır - ŞOK ANONS
HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: "Yolumuz dəyişməz olaraq qalır"
Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?
"Real Madrid" daha bir dünya çempionunu transfer edir
Sabah 16 mindən çox abonentin qazı kəsiləcək
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb