Azərbaycan millisinin məşqçisi dünya çempionatı zamanı qarət olunub

Azərbaycan millisinin məşqçisi dünya çempionatı zamanı qarət olunub"2022-ci ildə İtaliyanın paytaxtı Romada böyüklər və gənclər arasında dünya çempionatı keçirilirdi. Mən də həmin heyətlə yarışa yollanmışdım. Tələbəm Ruzanna Məmmədova qızıl medal qazandığı üçün əhvali-ruhiyyəmiz çox yaxşı idi. Bunu qeyd etmək üçün şəhər gəzintisinə çıxdıq".
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin məşqçisi Solmaz Adilova dünya çempionatı zamanı başına gələn maraqlı əhvalat barədə danışarkən deyib.
O, Roma şəhərində çantasının naməlum şəxslər tərəfindən qarət edildiyini bildirib:
"Mən, Ruzanna və başqa bir məşqçi metroya daxil olduq. Üzərimdə şəxsi sənədlərim və idmançıların dopinq analizlərinin kağızları var idi. Bir neçə gün əvvəl yaxın dostumla danışarkən mənə orada oğruların olduğunu demişdi. Mən də Sumqayıtda böyüdüyüm üçün bunu ciddi qəbul etmədim. Fikirləşdim ki, heç kim mənə qarşı bu cür hərəkət edə bilməz. Lakin hər ehtimala qarşı yanımdakı çantanı yoxladım və xarici pasport, maaş, kommunal kartların, şəxsiyyət və sürücülük vəsiqəmin yerində olmadığını gördüm. Mənimlə yanaşı, məşqçinin də sənədlərini götürmüşdülər".
S.Adilova oğurluq hadisəsindən dərhal sonra Azərbaycanın İtaliyadakı səfirliyinə və güləş federasiyasının rəsmilərinə məlumat verdiklərini söyləyib:
"Bütün günümü polis bölməsində keçirdim. İstirahətimiz də boşa getdi. Növbəti gün Azərbaycana qayıtmalıydıq. Gecə hoteldə olarkən bir qadından zəng gəldi və sənədlərimi tapdığını dedi. Lakin pullarım oğurlanmışdı. Sonradan cinayətkarın məhz həmin qadın olduğundan şübhələndim. Çünki mənə mesaj yazdı ki, şikayətini geri götür. Polisə xəbər verdiyimi haradan bilməsi diqqətimi çəkdi. Həm də italiyalı deyildi. Yəqin ki, pullarımı götürdükdən sonra ürəyi dözməyib, sənədlərimi geri qaytarmaq istəyib (gülür). Roma hava limanında hadisəni polislərdən birinə danışdım. Mənə dedi ki, Romada oğrular qarət etdikləri əşyalardan lazım olmayanları yandırırlar". / konkret.az

Hadisə       Tarix: 13 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun 2026 apa.az xeberler maliyye xeberler bugun son xeber 2026