Azərbaycan müasir texnika və silahlarla təchiz edilən yenilməz orduya sahibdir

Azərbaycan müasir texnika və silahlarla təchiz edilən yenilməz orduya sahibdirOrdu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət müstəqiliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Odur ki, fəxrlə deyə bilərik ki, Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. 
Ümummilli Liderimiz, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev təcrübəli və səriştəli siyasətçi idi. O, uzun müddət dövlət təhlükəsizlik orqanlarında və Mərkəzi Komitədə rəhbər vəzifədə işləmişdi. Odur ki, dünyada gedən siyasi proseslərdən xəbəri var idi. Heydər Əliyev hələ Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işlədiyi vaxtlardan ölkəmizdə ordu quruculuğuna başlamışdı. Umummilli Lider həmin dövrdə milli zabit kadrlarımızın yetişdirilməsi üçün öz nüfuzu ilə mərkəzə müəyyən təsirlər edərək Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat məktəbi yaratmışdı. 
Bu, o dövr idi ki, azərbaycanlı gənclər orduda qulluq etmək üçün əsasən Rusiyaya göndərilir və iki il qulluq müddətində silah tutmağı belə öyrənməsinlər deyə yalnız tikintidə, hərbi yeməkxanalarda və yaxud başqa işlərdə işlədilirdilər. Belə bir vaxtda bu, Azərbaycan rəhbərliyi tərəfindən atılmış çox cəsarətli və mühüm bir addım idi.
Beləliklə, o dövrlərdə qeyri-hərbi sahələrə yönəldilən Azərbaycan gəncləri artıq hərbi təhsil almağa başladılar. 
Müstəqillik dövründə Azərbaycan Ordusu yarananda zabit heyətinin əsasını da məhz Cəmşid Naxçıvanski adına hərbi məktəbin  yetirmələri təşkil etdi. 
Dahi rəhbərin 1998-ci il martın 13-də imzaladığı Sərəncama əsasən, Naxçıvanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialı açıldı. 
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda  taleyüklü addımlar atıldı və Azərbaycan Ordusu elmi-nəzəri əsaslar üzərində qurulmağa başladı. 
Dahi rəhbər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrlarının mövcudlugundan asılı olaraq Hərbi Akademiyanı yaratdı, Ali Hərbi Dənizçilik və Təyyarəçilik Məktəblərini formalaşdırdı. Bir il sonra isə Silahlı Qüvvələrin Hərbi Akademiyasını yaranmasına nail oldu.. 
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il may ayının 22-də imzaladığı Fərmana əsasən, 1998-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələr Günü elan edildi. 
Ulu Öndər Heydər Əliyev Silahlı Qüvvələrin kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə isə Müdafiə Nazirliyinin təşkil edilməsi barədə 1999-cu il avqustun 20-də fərman verir. 
Ulu Öndər tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı.
Məhz Ulu Öndərin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu. 
Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz siyasi lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
2003-cü ildə Silahlı Qüvvələr günündə Heydər Əliyev çıxış edərək demişdi: "Azərbaycanın güclü Ordusu bu gün də, sabah da, 10 il, 100 il bundan sonra da lazımdır. Azərbaycan Ordusu, onun Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Böyük gələcəyin təminatçısı isə yalnız güclü, sarsılmaz ordu ola bilər..." 
Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız qüdrətləşən, müasir texnika və silahlarla təchiz edilən yenilməz orduya sahibdir.
Daim dövlətin qayğısı ilə əhatə olunan Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. 
İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkar səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daima yüksəltməkdir. 
Azərbaycan Ordusu müasir silah-sürsat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Və bildiyimiz kimi bu gün ordumuz dünyanın 50 aparıcı ordusu sırasındadır.
Ümummilli Lider Heydər Əliyevin siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında ordu quruculuğu haqqında demişdir: "Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirilir". 
Seymur Qasımov
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı / azxeber.com

Siyasi       Tarix: 27 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbərlər ən son xəbərlər bugün son xəbərlər azərbaycanda krimnal bugun