Azərbaycan neftinin qiyməti 2031-ci ilə kimi 70 dollardan yuxarı olacaq
Beynəlxalq Valyuta Fondu (IMF) "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, IMF Azərbaycan neftinin orta illik qiymətini 2025-ci ildə 78,6 dollar, 2026-cı ildə 73,5 dollar səviyyəsində formalaşacağını proqnozlaşdırıb.
Fond hesab edir ki, "Azeri Light"ın illik orta qiyməti 2027-ci ildə 71,6 dollar, 2028-ci ildə 70,6 dollar, 2029-cu ildə 72 dollar, 2030-cu ildə isə 73,4 dollar təşkil edəcək.
Qeyd edək ki, IMF Azərbaycanın nefti üçün qiymət proqnozunu Dünya İqtisadi Proqnozlaşdırması (World Economic Outlook – WEO) hesabatındakı Brent qiymətlərinə 2-3 dollar əlavə edərək hesablayıb. Başqa sözlə, Azərbaycan neftinin orta qiyməti yeddi il ərzində 70 dollardan aşağı olmayacaq.
Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 70 dollar müəyyən edilib. Büdcədə "Azeri Light"ın qiyməti 2026-cı il üzrə isə 65 dollar proqnozlaşdırılıb.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA