Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşdü
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,82 ABŞ dolları, yaxud 2,13 % azalaraq 83,72 ABŞ dolları təşkil edib.
Bu barədə KONKRET.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 79,68 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyev niyə Rusiyaya getmədi? - SƏBƏB
NATO Ermənistanı Kremlin əlindən almaq üçün hərəkətə keçdi
Nikol Paşinyan İlham Əliyevə təşəkkür etdi
ABŞ-ın neftini KİM OĞURLAYIB - Dəhşətli SSENARİ işə düşür
Bu ərazilərdə qaz olmayacaq
Nikol Paşinyan İlham Əliyevə təşəkkür etdi
Kişi qadını incidirsə, demək ki, qadın nəsə edib' - Nadirdən qalmaqallı açıqlama
Xəyanət bir seçimdir və sözlə deyil, əməllə ölçülür' - Minadan iddialı açıqlama
Dünyanın ən bahalı modellərindən Anok Yai xəstəxanaya yerləşdirilib
Keçmiş xanımı Anarı məhkəməyə verdi
Bizi artıq birlikdə görmürsünüz, çünki...' - Pərviz Türkandan danışdı
Aşıq Namiq bu kanalda çalışacaq