Azərbaycan niyə bu tezliklə Laçın postunu açdı və ermənilərin keçidinə icazə verdi? - İLGİNC SƏBƏBLƏR

Azərbaycan niyə bu tezliklə Laçın postunu açdı və ermənilərin keçidinə icazə verdi? - İLGİNC SƏBƏBLƏR"Azərbaycanın Laçın dəhlizindən istifadəyə icazə verməsi Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərlə bağlıdır. Azərbaycan istəyi də məhz bu idi. Vaşinqton görüşü öncəsi Ermənistan tərəfi qeyri-rəsmi şəkildə təxribatlar törədilməyəcəyinə dair öhdəliklər götürüb. Bu, diplomatik mənbələrdən bizə məlumdur".
Bu fikirləri Laçın dəhlizindən ermənilərin keçməsinə yenidən icazə verilməsi mövzusunu KONKRET.az-a şərh edən politoloq Əziz Əlibəyli səsləndirib.
Azərbaycan niyə bu tezliklə Laçın postunu açdı və ermənilərin keçidinə icazə verdi? - İLGİNC SƏBƏBLƏRO bildirib ki, Ermənistan öz niyyətini bəyan etdiyi üçün Azərbaycan Laçın postunu açıb:
"Azərbaycanın Laçın postunu növbəti dəfə bağlaya bilmə ehtimalı böyükdür. Yəni bunu istənilən vaxt edə bilər. Görünən odur ki, Azərbaycan danışıqlar prosesini humanitar məsələlərlə baltalayan tərəf olmaq istəməyib. Düşünürəm ki, rəsmi Bakı Vaşinqton görüşünün uğurla yekunlaşmasına öz töhfəsini vermk üçün Laçın dəhlizindən keçidə icazə verib. Digər tərəfdən isə bu, Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə bağlıdır. Bu prizmadan yanaşıldığı üçün Laçın dəhlizinin açılmasına icazə verilib".
Mövzu ilə bağlı fikirlərini saytımızla bölüşən Politoloq Oqtay Qasımov bildirib ki, postun fəaliyyətinin yenidən bərpa olunması Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə bağlı ola bilər:
Azərbaycan niyə bu tezliklə Laçın postunu açdı və ermənilərin keçidinə icazə verdi? - İLGİNC SƏBƏBLƏR"Məlumdur ki, ABŞ-da XİN başçılarının görüşü keçiriləcək. Bu məqamda sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinin bərpa olunması rəsmi Bakının xoşməramlı niyyətindən xəbər verir. Bunu sülh danışıqlarının intensivləşməsi və müqavilənin imzalanması istiqamətində Azərbaycanın jesti kimi də qəbul edə bilərik. Əgər bu addım Qarabağda yaşayan separatçılar tərəfindən düzgün qiymətləndirilməsə və onlar təxribatlara davam etsə, o zaman Laçın postunun fəaliyyəti yenidən dayandırılacaq. Hesab edirəm ki, Azərbaycanın jesti müsbət dəyərləndirilməlidir".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 26 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbərlər ən son xəbərlər bugün son xəbərlər azərbaycanda krimnal bugun