TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışıAzərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşımı kimi göstərilməsi, ardınca isə Türkiyəyə ünvanlanmış mesaj axtarışına çıxılması jurnalistikanın elementar yoxlama prinsipləri ilə uzlaşmır.
Əvvəlcə ən sadə faktı xatırladaq: Prezident İlham Əliyevin "TikTok" platformasında rəsmi hesabı yoxdur.
azxeber.com oxu.az-a istiandla xəbər verir ki, bu barədə artıq oxucularına məlumat verilib. Deməli, həmin platformada yayılan videonu "Azərbaycan Prezidentinin paylaşımı" adlandırmaq üçün əsas yoxdur.
Buna baxmayaraq, "Milli Gazete" və "Sonsöz" kimi nəşrlərdə sözügedən video İlham Əliyevin "rəsmi "TikTok" hesabı"ndan paylaşılmış material kimi təqdim olunub. Beləliklə, mövcud olmayan rəsmi hesaba istinad xəbər mətnlərinə yol tapıb. Sosial şəbəkələrdə isə bu təqdimat daha da irəli aparılaraq videonun Türkiyəyə mesaj olub-olmadığı müzakirəyə çıxarılıb.
Halbuki səsləndirilən sözlərin mənbəyi də, tarixi də, konteksti də məlumdur.
Videoda istifadə olunan ifadələr Prezident İlham Əliyevin 10 noyabr 2020-ci ildə xalqa müraciətində yer alır. Dövlət başçısı həmin çıxışında Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən, Ermənistanın məğlubiyyətindən və üçtərəfli bəyanatdan danışırdı. Azərbaycan xalqının səbri ilə oynamağın nəticələri barədə xəbərdarlıq da məhz bu kontekstdə səslənib. Çıxışın tam mətni Prezidentin rəsmi saytında açıq şəkildə yerləşdirilib. Bu sözləri bugünkü Türkiyə gündəminə ünvanlanmış yeni bəyanat kimi təqdim etmək onların tarixi mənasını təhrif edir.
Bu məlumatı yoxlamaq üçün xüsusi araşdırmaya ehtiyac yox idi. Hesabın rəsmiliyini dəqiqləşdirmək və çıxışın ilkin mənbəyini tapmaq kifayət edərdi.
Bu gün istənilən istifadəçi sosial şəbəkədə hesab aça, Prezidentin görüntülərini yerləşdirə, üzərinə başqa tarixdəki çıxışından səs əlavə edə və istədiyi başlığı yaza bilər. Videonun üzərinə yeni tarix qoyulması çıxışı yeniləmir. Paylaşımın çox baxış toplaması onu rəsmi bəyanata çevirmir. Hesabın adında Prezidentin adının, profilində isə şəklinin olması həmin səhifəyə dövlət başçısının adından danışmaq səlahiyyəti vermir.
Adi istifadəçinin səhvini peşəkar media təkrarlayanda yanlış məlumat daha geniş auditoriyaya çatır və xəbər statusu qazanır. Buna görə böyük media qurumlarının, jurnalistlərin və çoxsaylı izləyicisi olan hesabların məsuliyyəti daha böyükdür.
Oxu.Az olaraq Türkiyənin bəzi media resurslarının bu məsələdə nümayiş etdirdiyi yanaşmanı məsuliyyətsiz hesab edirik. Azərbaycan Prezidentinə aid materialı yoxlamadan yaymaq, sonra da onun üzərində dövlətlərarası münasibətlərə dair mülahizələr qurmaq qəbuledilməzdir. Azərbaycanla Türkiyə arasındakı münasibətlər barədə danışanlardan xüsusilə dəqiqlik və təmkin gözlənilir.
Prezidentin hansısa ölkəyə mesaj verdiyini iddia edən media əvvəlcə həmin mesajın həqiqətən Prezident tərəfindən verildiyini yoxlamalıdır.
Dövlət başçısının rəsmi "Instagram", "YouTube", "Facebook" və "X" hesablarına keçidlər president.az saytında yerləşdirilib. Etibarlı məlumat üçün müraciət ediləcək ünvanlar açıqdır.
Türkiyədəki həmkarlarımızı və geniş auditoriyaya malik sosial şəbəkə istifadəçilərini belə materiallara məsuliyyətlə yanaşmağa çağırırıq. Yanlış məlumatı yayan redaksiyalardan isə xəbərlərini düzəltmələrini və oxucularına aydın izah vermələrini gözləyirik.
Auditoriyaya hörmət yoxlanılmış məlumatdan başlayır. İllər əvvəlki çıxışdan bugünkü qarşıdurma üçün başlıq düzəltmək peşəkar jurnalistikaya yaraşmır.

Siyasi       Tarix: 01 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 xeberlər cəbhədən son vəziyyət sonxeber