Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçildi

Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçildi23 iyun 2022-ci il tarixində Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəfdaş dövlətlərin 22-ci iclası çərçivəsində BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.
azxeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, seçkilərdə Komitədə mövcud olan 12 vakant yer uğrunda 23 ölkənin namizədi, o cümlədən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, BMT-nin sözügedən Komitəsinin hazırda üzvü və sədr müavini olan Elgün Səfərov mübarizə aparıb.
187 dövlətin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi 109 səs toplayaraq Komitənin növbəti müddətə yenidən üzvü seçilib.
Qeyd edək ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi BMT-nin müvafiq konvensiyasının müddəalarının tərəfdaş dövlətlər tərəfindən yerinə yetirilməsinin monitorinqini aparır və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca beynəlxalq mexanizmlərdən biri hesab edilir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndəsinin bu mötəbər quruma seçilməsinə dəstək vermiş bütün dövlətlərə öz minnətdarlığını bildirir.

Siyasi       Tarix: 25 iyun 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler bu gun futbol xeberleri en son xeberleri ən son xəbər