Azərbaycan öz torpağında rus təxribatına icazə verə bilməz – Türkiyəli ekspertlə MÜSAHİBƏ

Azərbaycan öz torpağında rus təxribatına icazə verə bilməz – Türkiyəli ekspertlə MÜSAHİBƏ"Qısa müddətdə Türkiyənin Şuşada Baş konsulluğunun açılacağını düşünürəm".
Bu sözləri KONKRET.az-a müsahibəsində Türkiyənin Kütahya Dumlupınar Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr kafedrasının müdiri, professor Hüsamettin İnanç deyib.
Professorla ətraflı müsahibəni təqdim edirik:
– Hüsamettin bəy, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin ardından Türkiyənin Şuşada Baş konsulluq açacağı açıqlanmışdı. Hazırda bununla bağlı işlər nə yerdədir? Baş konsulluq nə zaman açılacaq?
– Bəli, Türkiyə tərəfi Şuşada Baş konsulluğun açıqlacağını elan edib. Amma onun açılışı ilə bağlı müəyyən gecikmə yaşandı. Çünki hazırda Türkiyə və İran arasında ciddi problem var. İndiki vəziyyətdə İran və Rusiya Türkiyəyə Suriya üzərindən ciddi təzyiq göstərirlər. Amma rəsmi Ankara bu məsələdə qətiyyən geri addım atmayacaq.
Nəzərə almaq lazımdır ki, Türkiyə və Azərbaycan son zamanlardakı siyasətlərində tək bir dövlət kimi davranmağa başlayıblar. Buna görə Ermənistan da hazırda bərabər hərəkət edəcəyi ölkələrin sadəcə Türkiyə və Azərbaycan olduğunu görür. Üstəlik, Türkiyə və Azərbaycan qardaşlığı ən üst səviyyəyə yüksəlib. Bunun da ən önəmli simvollarından biri Şuşadır. Ona görə də qısa müddətdə Türkiyənin Şuşada Baş konsulluğunun açılacağını düşünürəm.
– Azərbaycan Qarabağda yaşayan erməni azlığına humanitar yardım məqsədilə Ağdam-Xankəndi yolundan istifadəni təklif etsə də, onlar bunu qəbul etmirlər. Ermənilər Laçın yolundan istifadədə israr edərək təxribatlar törədirlər. Sizcə, onlar nə üçün Ağdam-Xankəndi yolundan istifadəni qəbul etmirlər?
– Azərbaycan Laçın yolundan humanitar yardım adı altında ermənilərin Rusiyanın da dəstəyi ilə silah-sursat və separatçıları daşıdığını bilir. Rus sülhməramlıları separatçılara qaçaq yollarla silah-sursat və döyüşçü keçirirərək, onları gücləndirməyi hədəfləyir. Ona görə də Azərbaycan öz torpağında rus təxribatına icazə vermək istəmir. Rəsmi Bakı məhz bu səbəbdən alternativ yol olaraq Ağdam-Xankəndi yolunu təklif edir.
Əslində bu mexanizm Azərbaycanın müstəqilliyi və suverenliyi ilə bağlıdır. Çünki "Dağlıq Qarabağ" adlı bir yer yoxdur. Qarabağ tamamilə Azərbaycan torpağı olduğu üçün rəsmi Bakı öz torpaqlarından keçidlərdəki konkret mexanizmləri əlində tutmağa çalışır. Əlbəttə ki, bu da sonuna qədər haqlı bir tələbdir.
– Türkiyə siyasəti ilə davam edək. Türkiyədə gələn il keçiriləcək bələdiyyə seçkilərində hansı partiya daha avantajlı görünür?
– Düşünürəm ki, gələn il keçiriləcək bələdiyyə seçkilərində ən güclü namizədlər "Cümhur İttifaqı"ndan çıxacaq. Çünki müxalifəti formalaşdıran "Millət İttifaqı"nın qurduğu "altılı masa" dağılıb. Üstəlik, İYİ Partiya da öz namizədləri ilə seçkiyə qatılacağını açıqlayıb. Yəni İYİ Partiya "Millət İttifaqı" ilə girdiyi koalisiyadan razı qalmadığını və qazana bilməyəcək namizəd olaraq gördükləri Kamal Kılıçdaroğlunun məğlub olmasının bütün səbəbinin CHP olduğunu bəyan edib. Həmçinin, PKK terror təşkilatına bağlı Xalqların Demokratik Partiyası (HDP) da öz namizədlərini çıxaracağını elan edib.
Nəzərə almaq lazımdır ki, indiki vəziyyətdə müxalifət cameəsində böyük bir ruh düşkünlüyü var. Xüsusilə CHP-dəki daxili narazılıq və Kamal Kılıçdaroğlunun israrla istefasının tələb olunması böhran yaradıb. Bunun isə müxalif seçicilərin sandığa getməməsinə səbəb olacağı proqnozlaşdırılır. Həmçinin, ortada böyük bir məğlubiyyət olmasına rəğmən, CHP rəhbərliyi, xüsusilə də Kamal Kılıçdaroğlu bunu məğlubiyyət olaraq görmədiyini söyləyir. Ümumiyyətlə, CHP-dəki mövcud idarəetməni davam etdirmə israrı və Kılıçdaroğlunun vəzifəsində qalma ehtimalının yüksək olması müxalif seçiciləri tamamilə sandıqdan uzaqlaşdırıb. Bütün bunların fonunda, Ankara və İstanbulun "Cümhur İttifaqı" tərəfindən geri alınacağını düşünürəm.
– Çox gündəmdə olan bir iddiaya keçid alaq. İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılaraq yeni partiya quracağı önə sürülür. Onun hətta ofis arendaya götürdüyü və bu istiqamətdə fəaliyyət qurduğu iddia olunur. Necə düşünürsünüz, İmamoğlu yeni partiya qursa, uğurlu ola bilər?
– Hazırda müxalifət dağınıq vəziyyətdədir və seçicilər ciddi güvənsizlik yaşayırlar. Üstəlik, CHP-dəki dəyişikliyin partiya sədrinə aid olmaması Kamal Kılıçdaroğluna ən yaxın şəxsləri belə fərqli bir cinaha yönləndirib. Onların şəffaf olmayan və hətta xəyanət hesab olunacaq davranışlarını görürük. Burada alternativ olaraq Əkrəm İmamoğlu ön plana çıxıb. Lakin o da cəsur davranmır və CHP sədrliyinə namizəd olmaqdan çəkinir. Düşünürəm ki, İmamoğlu kifayət qədər cəsur deyil.
Ümumiyyətlə, CHP liderini seçən nümayəndələr Kamal Kılıçdaroğlunun nəzarəti altındadır. Yəni bu vəziyyətdə Əkrəm İmamoğlunun partiyanın başına keçmək ehtimalı yoxdur. Belə bir məqam var ki, partiyanın sabiq baş katibi olan Öndər Sav bu gün Kılıçdaroğlunun yanında hərəkət edir. İmperialist güclər isə İmamoğlunun yanında yer alırlar. Amma buna rəğmən, Əkrəm İmamoğlunun CHP-dən ayrılaraq başqa bir partiya qurması onu şanssız bir hala gətirər.
– Son günlərdə Rusiyanın Polşaya hücum edəcəyi ehtimalı gündəmi zəbt edib. Əvvəlcə Rusiya Prezidenti Vladimir Putin Varşavanı təhdid etdi. Ardınca isə Belarus dövlət başçısı Aleksandr Lukaşenkonun "Vaqner" hərbçilərinin Polşaya getmək istədiklərini, amma buna icazə vermədiyini deməsi olay oldu. Üstəlik, Polşanın Baş naziri Mateuş Moravetski də 100 "Vaqner" hərbçisinin ölkəsinin sərhədinə yaxınlaşdığını açıqlayaraq diqqət mərkəzinə düşdü. Bütün bunların fonunda, Rusiya NATO-ya rəğmən, "Vaqner"in vasitəsilə Polşaya hücum edə bilərmi?
– Əslində Rusiya ilə Polşanın birbaşa müharibəyə girmə ehtimalı yoxdur. Çünki onlar arasındakı hər hansı toqquşma NATO-Rusiya müharibəsinə çevriləcək. Amma Polşanın Suvalki dəhlizi adlanan bölgəsinə "Vaqner"in yerləşdiyini görürük. Lakin orada toqquşmanın yaşanması NATO-Rusiya müharibəsinə gətirib çıxarmaz. "Vaqner" rəsmi olaraq Rusiyaya bağlı olmadığı üçün bu, müharibə səbəbi ola bilməz. "Vaqner"in Kalininqrad və Finlandiya arasında olan ərazidə bir hadisə çıxaracağı proqnozlaşdırılır. Bu isə alyansa qarşı bir gözdağı vermək məqsədi daşıyır.
Elə kritik bir həmlə düşünülüb ki, "Vaqner"in orada başlayacağı atışma Rusiya-NATO müharibəsinə çevrilməyəcək. Onsuz da NATO da Rusiya ilə toqquşmaq istəmir. Çünki Ukraynadakı müharibə bu cəhətdən yetərli hesab olunur. Dolayısı ilə alyansın gələcəyini təhdid edəcək və ya tərəfləri qarşı-qarşıya gətirəcək bir həmlə olunacağı gözlənilmir. Ümumiyyətlə, "Vaqner"in Belarusa yerləşdirilməsi və oradan Polşanı təhdid etməsi öncədən düşünülmüş bir taktikadır.
Elmir Kamal,
KONKRET.az

Siyasi       Tarix: 03 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xabar xeberler bu gun xəbər son xeberler bugun 2026 canli