Azərbaycan-Özbəkistan əlaqələrinə həsr olunan onlayn konfrans keçirildi
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə "Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri" adlı onlayn konfrans keçirilib.
KONKRET.az xəbər verir ki, Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun rəhbəri Eldor Aripov qeyd edib ki, iki ölkə arasındakı əlaqələr yüksələn xəttlə inkişaf edir və tədbirin Prezident İlham Əliyevin Özbəkistana səfəri ərəfəsində keçirilməsi xüsusi məna kəsb edir. O əlavə edib ki, bu səfərin iki qardaş ölkə arasında olan çoxistiqamətli əlaqələrə yeni impuls verəcəyinə ümid edir. Eldor Aripov bəyan edib ki, cari ilin ilk 3 ayının nəticələrinə əsasən iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 20% artıb və yaxın gələcəkdə illik ticarət dövriyyəsi yarım milyard ABŞ dollarına çatdırılması mümkündür. Eldor Aripov hazırda mövcud olan kənd təsərrüfatı, tikinti materiallarının hazırlanması, həmçinin gələcəkdə turizm və agro-logistik sferalarda əməkdaşlıq perspektivlərindən də bəhs edib.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev iki ölkə arasında uzun müddətdir yaxın ikitərəfli əlaqələrin mövcud olduğunu qeyd edərək hazırda yaranmış qlobal qeyri-sabitlik şəraitində bu əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib. Bu mənada Fərid Şəfiyev Cənubi Qafqaz və Mərkəzi Asiyada yerləşən Azərbaycan və Özbəkistanın heç bir hərbi-siyasi bloka qoşulmamasının indiki qeyri-müəyyənlik şəraitində xüsusi əhəmiyyətindən bəhs edib. O həmçinin bildirib ki, Azərbaycan və Özbəkistanı bir-birinə yaxınlaşdıran ortaq cəhətləri onların bir sıra ölkələrdən fərqli olaraq müstəqil xarici siyasət həyata keçirmələri və bu daxili stabilliklərini qoruyub saxlaya bilmələridir. Eyni zamanda Fərid Şəfiyev iki ölkə arasında gələcək əlaqələrin inkişafında beyin mərkəzlərinin rolunun vacibliyini vurğulayıb. Bundan başqa o, Azərbaycan və Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsindəki əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsinə, həmçinin alternativ enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivinə toxunub.
Sonda Fərid Şəfiyev qeyd edib ki, Azərbaycan Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin və Özbəkistandan olan şirkətlərin Qarabağda yenidənqurma işlərində iştirakını yüksək qiymətləndirir. Hər iki qurum rəhbəri ikitərəfli əlaqələrin bu səviyyədə olmasında ölkə başçıları arasında olan qarşılıqlı etimad əsasında qurulan əlaqələrin rolunu qeyd edib.
Panel müzakirələrində ticarət-investisiya və sənaye əməkdaşlığı, həmçinin transregional nəqliyyat-kommunikasiyaların potensialı və enerji sahəsində əməkdaşlıq imkanlarından bəhs edilib. Özbəkistanın Beynəlxalq Əlaqələr üzrə İnformasiya və Analitik Mərkəzinin baş elmi işçisi Şuxrat İrqaşev iki ölkə arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında 27 may 1996-cı il tarixli Müqavilə də daxil olmaqla 130-dan çox ikitərəfli sənədin imzalandığına diqqəti cəlb edib. Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin Baş İdarəsinin rəis müavini Zafar Amonov keçən il ticarət dövriyəsinin 120 mln ABŞ dolları olduğunu və 2020-ci illə müqayisədə 42% artım müşahidə olunduğunu qeyd edib. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport.az" portalının rəhbri Ayxan Qədəşov ikitərəfli iqtisadi əlaqələr haqqında və portal haqqında məlumat verərək ikitərəfli ticarət əlaqələrinin gələcək inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. Özbəkistanın İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin direktor müavini Muhsinjon Holmuhammedov iki ölkənin birgə Avropa bazarlarına rüsumsuz məhsul ixracı imkanlarından danışıb.
Politoloq Tofiq Abbasov və "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə 2020-ci ildəki Zəfərdən sonra və hazırkı geosiyasi vəziyyətdə Orta Koridorun vacibliyinin artmasından və hər iki ölkədə mövcud olan daxili siyasi stabillik faktorunun Azərbaycanın və Özbəkistanın bu koridorda iştirakı üçün mühüm rol oynadığını qeyd edib. Sonda Tofiq Abbasov Orta Koridorun inkişafında birgə addımların atılması üçün vahid informasiya məkanının yaradılması imkanlarından bəhs edib.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?