Azərbaycan-Özbəkistan İşgüzar Şurasının birinci iclası keçirilib - FOTO

Azərbaycan-Özbəkistan İşgüzar Şurasının birinci iclası keçirilib - FOTOAzərbaycan-Özbəkistan İşgüzar Şurasının birinci iclası keçirilib - FOTO
Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Azərbaycan-Özbəkistan İşgüzar Şurasının birinci iclası keçirilib. 
İclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adxam İkramov, Özbəkistanın Azərbaycandakı səlahiyyətli səfiri Baxrom Aşrafxanov, Azərbaycanın Özbəkistandakı səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistan Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədr müavini Uluğbek Azamov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun İnvestisiyaların Təşviqi Departamentinin direktoru Zöhrab Qədirov, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Rüfət Atakişiyev, Özbəkistan Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin direktor müavini Alişer Temirov və sahibkarlar iştirak ediblər. 
Şuranın iclasını açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, ölkələrimizdə mövcud siyasi sabitlik iqtisadiyyatımızın inkişafı üçün əsas münbit şərait yaradır. Onun sözlərinə görə, erməni separatçılarının Azərbaycan torpaqlarını işğal etməsi uzun müddət region üçün potensial risk yaradırdı. 
Azərbaycanın əks-hücum əməliyyatı nəticəsində qazanılan böyük qələbəyə görə ölkə sahibkarları adından Prezident İlham Əliyevə və şanlı ordumuza təşəkkür edən M.Musayev bir milyondan çox qaçqın və köçkün azərbaycanlının öz doğma yurdlarına qayıdacağını qeyd edib.
"İşğal zamanı Azərbaycan vətəndaşlarına, eləcə də dövlətə məxsus böyük həcmdə mülklər məhv edilib. Hazırda işğal altında qalan torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması prosesi davam edir. Cenevrə konvensiyasına zidd olaraq Azərbaycan ərazisində qanunsuz məskunlaşdırma aparılıb və azərbaycanlıların evinə sığınan erməni separatçıları indi də vandalizm hərəkərlərini davam etdirirlər. Torpaqlardan çıxarkən ermənilər tərəfindən nadir ağaclar, flora və fauna məhv edilir, evlər yandırılır. Bu vurulan zərərin həcmi isə milyardlarla ölçülür", - deyə M.Musayev vurğulayıb. 
ASK prezidenti dövlətlərimiz arasında ticarət dövriyyəsinin həcminin 2019-cu ildə 82 milyon dollar olduğunu, Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əlaqələrin arealının genişləndiyini diqqətə çatdıran Konfederasiya prezidenti Naxçıvan kolidorunun açılması ilə Cənubi Qafqazı, Türkiyəni Orta Asiya türk dövlətləri ilə birləşdirəcək səmərəli tranzit əlaqələrinin yaranacağını söyləyib. Azərbaycan sahibkarlarının azad olunmuş torpaqların sosial-iqtisadi inkişafında böyük bir məsuliyyət daşıdığını qeyd edən M.Musayev Özbəkistan investorlarını Qarabağa sərmayə yatırmağa dəvət edib. 
Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adxam İkramov İşgüzar Şuranın birinci iclasına uğurlar arzulayaraq, noyabrın 2-də Türk Ticarət və Sənaye Palatasının Bakı görüşü çərçivəsində onları qəbul etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib:
"Azərbaycan münaqişənin həllinə nail oldu və "Qarabağ Azərbaycandır", ifadəsini artıq bütün dünya qəbul etdi. Biz şadıq ki, haqq öz yerini tapır və bu, bizim üçün böyük qürurdur". 
İşgüzar Şuranın yaradılması ilə bağlı səylərinə görə M.Musayevə minnətdarlıq edən A.İkramov Azərbaycandan Özbəkistana gələn sahibkarları böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib. Onun sözlərinə görə, pandemiya olmasına baxmayaraq, ötən 8-9 ay ərzində Özbəkistanda Azərbaycan kapitallı 65 müəssisə fəaliyyətə başlayıb.
O bildirib ki, Özbəkistan Azərbaycan vasitəsilə Avropaya çıxa bilər və bu yolda Azərbaycan xüsusilə vacib geosiyasi məkanda yerləşir.
"Özbəkistan daim Azərbaycanın dostudur və yanındadır", - söyləyən Palata sədri Şurada təmsil olunan özbək sahibkarları haqqında iştirakçılara məlumat verib. 
Tədbirin moderatoru Vüqar Zeynalov ilk Türk Ticarət Evinin Bakıda açılacağı ilə bağlı Türk Ticarət və Sənaye Palatasının qərarı olduğunu bildirərək, Azərbaycan-Özbəkistan işgüzar münasibətlərində daha intensiv yeni əməkdaşlıq dövrünün başlandığını qeyd edib. 
Şuranın iclasında "Qarabağın iqtisadi potensialı ilə bağlı təqdimat" təqdim edilib və hər iki ölkənin əczaçılıq, turizm sektoru, investisiya imkanları, vergi-gömrük sistemi ilə bağlı suallar cavablandırılıb. 
Azərbaycan-Özbəkistan İşgüzar Şurasının birinci iclası keçirilib - FOTOAzərbaycan-Özbəkistan İşgüzar Şurasının birinci iclası keçirilib - FOTOAzərbaycan-Özbəkistan İşgüzar Şurasının birinci iclası keçirilib - FOTO

Siyasi       Tarix: 27 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünki xəbərlər bugünkü son xəbərlər son xeber.az gunun xeberleri