Azərbaycan Pediatriya Cəmiyyətindən beynəlxalq uğur! - FOTOLAR
Azərbaycan Pediatriya Cəmiyyətinin nümayəndə heyəti Beynəlxalq Pediatriya Assosiasiyasının 31-ci Konqresində iştirak edib.
azxeber.com xəbər verir ki, 8-11 may 2025-ci il tarixlərində Meksikanın Mexiko şəhərində keçirilən Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) 31-ci Konqresində Azərbaycan Pediatriya Cəmiyyətinin nümayəndə heyəti də iştirak edib. Tədbirdə Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev və sədr müavini Erkin Rəhimov ölkəmizi təmsil ediblər.
Konqres çərçivəsində keçirilən səsvermə zamanı Azərbaycan üçün əlamətdar hadisə baş verib. Azərbaycan Pediatriya Cəmiyyətinin sədr müavini Erkin Rəhimov səs çoxluğu ilə Mərkəzi Asiyanı təmsil etmək üçün Daimi Komitəyə (Standing Committee) təkrar üzv seçilib. Bu mühüm uğur Azərbaycan pediatriyasının beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin qlobal pediatriya sahəsində söz sahibinə çevrildiyini nümayiş etdirir.
Azərbaycan Pediatriya Cəmiyyəti olaraq bu nailiyyətlə fəxr edirik və gələcəkdə də ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etməyə davam edəcəyik.



Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA