"Azərbaycan polisi kifayət qədər peşəkar fəaliyyətə malikdir

"Azərbaycan yerləşdiyi regionda və ətrafdakı dövlətlərlə müqayisə edildikdə kriminogen baxımdan ən sabit ölkədir".
azxeber.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib.
Müşfiq Ələsgərli deyib ki, bu sabitlik və təhlükəsizlik, bir tərəfdən, ölkənin siyasi rəhbərliyinin iradəsinə bağlıdırsa, digər tərəfdən, bu siyasəti icra edən təhlükəsizlik qurumlarının, o cümlədən polisin fəaliyyəti və peşəkarlığı ilə bağlıdır:
"Təkcə bu faktora əsaslanaraq demək olar ki, Azərbaycan polisi kifayət qədər peşəkar fəaliyyətə malikdir və ölkənin sabit saxlanılmasında, təhlükəsizliyin təmin olunmasında yüksək şəkildə fəaliyyət göstərə bilir. Belə bir peşəkarlığı şübhəyə almaq, hansısa fərqli istiqamətlərlə neqativləri qabartmaq cəhdləri, əlbəttə, iflasa uğramış olur".
O qeyd edib ki, Azərbaycan polisi həm də vətənpərvərdir:
"Biz onları nəinki gündəlik asayişin qorunmasında, həm də Azərbaycanın ərazi bütövlüyünün qorunmasına fədakar şəkildə xidmət göstərdiyinin şahidi olmuşuq. Azərbaycan polisinin vətənpərvərliyini şübhəyə almaq proseslərə qəsdən qərəzli şəkildə neqativ don geyindirməyin bir əlamətidir. Çox təəssüf ki, polisin ləkələnməsi cəhdlərində bəzən xəbər istehsalçılarının da rolunu görürük. Xüsusilə Şüvəlanda baş verən hadisədən sonra bu kimi halların şahidi olduq. Bəzi xəbər istehsalçıları qondarma və sensasion informasiyalar yaymaqla, guya ki məxfi və bilinməyən, amma əslində kökü olmayan xəbərlərlə auditoriya qazanmaq istəyirlər. Hansı ki bu cür hallar həmişə olub və indi də olmaqdadır. Çox təəssüf ki, indiki prosesin içində təkcə sensasiya üçün deyil düşünülmüş formada Azərbaycandakı sabitliyin və Azərbaycan polisinin kölgəyə alınması istiqamətində kampaniya aparılır. Bütün bunlar, əlbəttə, yolverilməzdir. Regionda sabitliyi pozmaq istəyən bəzi qüvvələrin bu cür kampaniyalara rəvac verdiyini görürük. Təklif edirik ki, bu cür situasiyalarda Azərbaycandakı xəbər istehsalçıları mümkün qədər ehtiyatlı və vətənpərvərlik rolundan çıxış etsinlər. Rəsmi əsası olmayan, təsdiqlənməmiş faktların yayılmasından çəkinsinlər. Bu bir tərəfdən Azərbaycan xəbər istehsalçılarının vətənpərvərlik roludursa, digər tərəfdən isə onlar üçün vacib olan etik davranış kodeksinin tələbidir. Hansı ki Azərbaycan jurnalistlərinin etik davranış kodeksinin 3-cü maddəsinin 3-cü prinsipində bu məsələlərə kifayət qədər toxunulur. Orada jurnalistin əsas olmadan terror, kriminal və bu kimi hallarda sensasiya xatirinə material yaymaqdan çəkinməli olduğu və zorakılıq yaradan təbliğata yer ayırmamalı olduğu qeyd olunur. Yekun olaraq bir daha bildirim ki, bizim xəbər istehsalçıları peşəkar davranmalı, media haqqında qanunun tələblərinə, etik davranış kodeksinin prinsiplərinə əməl etməlidirlər. Neqativ, əsası olmayan materialların yayılmasından çəkinməli, ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrin əlinə əsas verməməli, əksinə bu cür çirkin kampaniyalara qarşı mübarizə aparmalıdırlar".

Sosial       Tarix: 29 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler yeni xeberler azerbaycan xeberleri hava durumu xəbərlər bugunun xeberleri cebheden xeber