Azərbaycan Premyer Liqasının baş sponsoru AÇIQLANDI
Azərbaycanın qanuni lotereya və idman mərc operatoru "Azərlotereya" ASC-nin "Misli" brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru olub.
Bu barədə KONKRET.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Əldə olunan razılaşmaya əsasən, futbol üzrə Azərbaycan Premyer Liqası "Misli Premyer Liqası" adı ilə fəaliyyət göstərəcək.
Azərbaycan Premyer Liqasına sponsorluqda əsas məqsəd ölkə futbolunun inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərmək, futbolun kütləviliyinin təmin edilməsi yolunda kompleks tədbirlərin görülməsi işinə xidmət etməklə yanaşı, bir çox sahələrdə mövcud uğurlu nəticələrin idmanın bu növündə də əldə edilməsinə nail olmaqdır.
AFFA-nın baş katibi Sərxan Hacıyev razılaşmanın ölkə futboluna böyük fayda verəcəyini qeyd edib: "Razılaşmanın futbolumuza böyük faydası olacağına əminəm. İnanıram ki, həm futbolumuz inkişaf edər, həm də əməkdaşlığımız uzunmüddətli olar".
Qeyd edək ki, 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi