Azərbaycan Prezidenti Şuşa Bəyannaməsini təsdiqlədi

Azərbaycan Prezidenti Şuşa Bəyannaməsini təsdiqlədiPrezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
azxeber.com xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiq edilib.
Qeyd edək ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Şuşa Bəyannaməsinə əsasən tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayır, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.
Eyni zamanda bəyannamədə tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri qeyd edilib. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərir, aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Siyasi       Tarix: 12 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocavəndin Quzeyxırman kəndində sakinlərlə görüşündə 44 günlük Vətən Müharibəsi ilə bağlı çıxışını əks etdirən video paylaşılıb. xəbər verir ki, videod

Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar

ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etmək üçün Ankaraya səfəri ilə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb. KONKRET.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının qalacağı hotel onu

Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır - Prezident

ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə gəldikdə, bu münasibətlər çox əladır, hətta deyərdim ki, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunu

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib. Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidə

Putindən Krımla bağlı GÖSTƏRİŞ - Nə baş verir? 

Rusiya Prezidenti Vladimir Putin Krım və Sevastopol ərazilərində yanacaq qiymətlərinin aşağı salınması məqsədilə bölgəyə təcili qaydada subsidiyaların ayrılmasını tapşırıb. KONKRET.azxəbər verir ki, hökumətlə keçirilən iclasd

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud

Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 1

Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı silsilə güclü zərbələr endirməyə başladığını bəyan edib. xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat İranın Hörmüz boğazından keçə


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler xeber.az bu gun xeberler bugun sosial yardim