Azərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTO

Azərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTOAzərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTO
Gəncə şəhərindəki İmamzadə dini kompleksində Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov bir qrup din xadimi ilə görüş keçirib.
Görüşdə ayrı-ayrı regionlardan olan din xadimləri, respublikanın müxtəlif məscidlərinin imamları iştirak edib.     
AZƏRTAC-ın məlumatına görə, görüşdə çıxış edən Anar Ələkbərov müstəqillik illərində dövlət-din münasibətlərinin yeni müstəvidə formalaşdığını, Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyini qeyd edib. O bildirib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir.
Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşır. Qeyd olunub ki, Azərbaycanda dövlət-din əlaqələri, dinlərarası əlaqələr sağlam zəmin üzərində qurulub. Bu, dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün dünyanın bir çox ölkəsində dini zəmində zorakılığın, münaqişələrin şahidi olsaq da, Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi seçilir. Azərbaycanın çoxmillətli ölkə olduğu, bütün dinlərin, etnik qrupların nümayəndələrinin bir ailə kimi sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığı qeyd olunub.
Bu sahədəki nailiyyətlərimizin dünya birliyində yüksək qiymətləndirildiyi, Bakıda dünya dini liderlərinin birinci və ikinci Sammitlərinin keçirildiyi, 2017-ci ildə Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edildiyi, bütün bu kimi tədbirlərin dini tolerantlıq sahəsindəki uğurlarımızın təzahürü olduğu diqqətə çatdırılıb.
Anar Ələkbərov ölkəmizin demək olar ki, bütün bölgələrində, hər bir rayonunda məscidlərin inşa olunduğunu və ya bərpa edildiyini, yeni məscidlərin açıldığını bildirib. Bütün bunlar bir daha göstərir ki, dövlət siyasətində tarixi keçmişimizin unudulmaması, gələcək nəsillərin milli-mənəvi dəyərlərə daha çox bağlanması mühüm yer tutur. Son illər Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində, İmamzadə dini kompleksində geniş tikinti və yenidənqurma işləri həyata keçirildiyi bildirilib. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin tapşırığı ilə Şuşa məscidinin bənzəri olan məscidin tikilməsinin və uzun fasilədən sonra burada azan səsinin ucalmasının əlamətdar hadisə olduğu diqqətə çatdırılıb.
Məscidlərlə yanaşı ölkəmizdə kilsələr, sinaqoqlar təmir edilir. Eyni zamanda Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların fəaliyyəti üçün şərait yaradıldığı, mövcud problemlərin həlli istiqamətində mühüm addımlar atıldığı bildirilib. 
Bu istiqamətdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanıb. Fond reallaşdırdığı layihələrlə müxtəlif xalqlar və dinlər arasında dostluq, həmrəylik kimi dəyərlərin bərqərar olmasına öz töhfələrini verməkdədir.
Fondun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb. Hazırda isə Heydər Əliyev Fondu tərəfindən Bakının Xəzər rayonunun Binə qəsəbəsində Möhsün Səlim məscidində təmir işləri aparılır, Şamaxı rayonundakı Pirsaat Baba ziyarətgahında yenidənqurma işləri həyata keçirilir, ziyarətgahın ərazisində yeni məscid binası inşa olunur. Həmçinin, Şamaxıdakı Pir Ömər Sultan ziyarətgahında arxeoloji tədqiqatlar aparılıb və türbənin qorunub saxlanılması məqsədilə konservasiya işlərinin layihələndirilməsi davam edir. Şəki şəhərindəki Xan məscidinin də təmir-bərpasına başlanılıb, Qəbələ rayonunun Nic kəndində qədim alban kilsəsində yenidənqurma işləri aparılır, İsmayıllı rayonun Lahıc qəsəbəsində "Bədöyün" məscidi əsaslı təmir olunur.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dövlət-din münasibətlərinin möhkəmləndirilməsi və dinlərarası dialoqun genişləndirilməsi istiqamətində səyləri vurğulanıb. Bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadənin dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.
Anar Ələkbərov COVID-19 pandemiyasının bütün sahələrə, o cümlədən dindarların həyatına da təsirsiz ötüşmədiyini deyib. Qeyd edib ki, yeni növ koronavirusun geniş yayılması səbəbindən hazırda bütün dünyada, o cümlədən ölkəmizdə kütləvi tədbirlər keçirilmir. Beynəlxalq təcrübə və ilk növbədə insan həyatının qorunması əsas götürülərək, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, bu ilin mart ayından məscid, kilsə, sinaqoq və ziyarətgahlarda ibadətlər müvəqqəti olaraq dayandırılıb. İnsanların sağlamlığının qorunması baxımından atılmış bu addımın istər din xadimləri, istərsə də əhali tərəfindən anlayışla qəbul olunduğu minnətdarlıqla diqqətə çatdırılıb. Qeyd olunub ki, virus səbəbindən dünya zəvvarlarının, o cümlədən çoxsaylı vətəndaşlarımızın Həcc ziyarəti arzusu baş tutmayıb, Məhərrəmlik ayı ərzində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi qərara alınıb, eyni zamanda Ramazan və Qurban bayramlarında dini ayin və mərasimlərin keçirilməsi mümkün olmayıb. İnsanlar məscidlərdə bayram namazını birlikdə qıla bilməsə də, televiziya kanallarında müxtəlif məscidlərin imamlarının iştirakı ilə qılınan namaz canlı nümayiş olunub və bu da pandemiya şəraitində insanlar tərəfindən rəğbətlə qarşılanıb. 
Anar Ələkbərov qeyd edib ki, pandemiyanın başlanğıc mərhələsində karantin rejimi və tətbiq olunan bir sıra məhdudiyyətlərin iqtisadi sahədə çətinliklərə yol açacağı proqnozlaşdırılsa da, Prezident İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq müəyyənləşdirib, hökumətin fəaliyyəti də bu strategiya üzərində qurulub. Azərbaycan Prezidentinin köməkçisi ötən dövr ərzində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında operativ qərargahda aparılmış müzakirələr və görülən işlər barədə məlumat verib. Bildirib ki, ötən müddət ərzində xüsusi rejimli xəstəxanalar lazımi avadanlıqla təchiz edilib, təlimlər keçirilərək kadr hazırlığı təmin olunub, əhalinin ehtiyacları qarşılanıb, xaricdəki soydaşlarımızın ölkəyə gətirilməsi təşkil olunub. Qəbul edilən qərarlar və görülən tədbirlər nəticəsində xəstəliyin nəzarət altına alındığı, səhiyyə sisteminin mövcud çağırışa uyğun olaraq qurulduğu qeyd edilib.
Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, belə müzakirələrin əhəmiyyəti qeyd olunub. Çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndiriblər və görüşdə ölkəmizdə bu sahədə görüləcək işlərə dair müzakirələr aparılıb.
Azərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTOAzərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTOAzərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTOAzərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTOAzərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTOAzərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTOAzərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTOAzərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTOAzərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTOAzərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTOAzərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTOAzərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTO

Siyasi       Tarix: 05 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İran Günaz TV-nin adını bu siyahıya saldı

İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalifət media orqanları, bir neçə xarici ölkənin İranla əlaqəli media qurumları və iranlı media fəallarının siyahısını yayıb. KONKRET.azxəbə

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. KONKRET.azxəbər verir ki, əvvəlcə Azərbaycan Prezident

Ərdoğan Qətərə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Dohaya səfər edib. -ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, Ərdoğan mərhum dövlə

Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı

Ukraynalı məşhur jurnalist Dmitri Qordon Azərbaycan Prezidenti İlham Əliyevlə birgə fotosunu paylaşıb. . xəbər verir ki, foto IV Şuşa Qlobal Media forumunun kuluarlarında çəkilib. "Azərbaycan Prezidenti İlham Əliyevl

ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İran arasında hərbi qarşıdurma daha da şiddətlənir. Son günlər Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi əməliyyatlar intensivləşib və bölgədə genişmiqyaslı münaqiş

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev I

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Prezident İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkür edib. xəbər verir ki, bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib. Həmin paylaşımı təqdim edirik:


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber cəbhədən son məlumatlar en son xəbərlər bugün cebheden xeberler