Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru öz vəsaiti və imkanları ilə yenidən qurur

Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru öz vəsaiti və imkanları ilə yenidən qururİyulun 15-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışında ölkəmizin cari ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətlərə bir daha nəzər saldı. 
Ölkə başçısı bildirdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. 
Cənab Prezident ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına diqqət çəkərək, Qoşulmama Hərəkatındakı uğurları xüsusi qeyd etdi. Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər bir il də uzadılması, Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfəsi olaraq bu nüfuzlu qurumun Parlament Şəbəkəsinin yaradılması və Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı mühüm əhəmiyyətə malikdir. 
Qlobal əhəmiyyətli tarixi proseslər siyasət adamlarını yenidən kəşf etmək, onların liderlik keyfiyyətlərini aydın görmək üçün geniş imkanlar yaradır. Azərbaycanın zəfəri ilə tamamlanmış Vətən müharibəsinə qədər xalqımız İlham Əliyevi qurucu rəhbər, ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş lider, regionun gələcək inkişafı ilə bağlı aydın hədəfləri olan qətiyyətli siyasi xadim, Azərbaycanın milli maraqlarını hər yerdə qətiyyətlə qorumağı bacaran mahir diplomat kimi tanıyıb rəğbət bəsləyirdi. Vətən müharibəsindəki qələbə isə Ali Baş Komandan İlham Əliyevi bütün dünyada müzəffər sərkərdə kimi şöhrətləndirdi. Son illərin qlobal siyasi prosesləri, Azərbaycan Prezidentinin bu proseslərdə tutduğu mövqe, oynadığı rol, apardığı təhlillər, irəli sürdüyü təşəbbüslər dövlət rəhbərimizin zəmanəsinin ən parlaq liderlərindən olduğunu göstərir. Ən mühümü isə tutduğu müstəqil yolla, sarsılmaz qətiyyətilə bütün təhdid və təzyiqləri dəf etmək əzmini, ölkəmizi böyük hədəflərə doğru apardığını sərgiləyir.
Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki ölkəmiz, artıq bütün dünya üzləşib. Əfsuslar olsun ki, Azərbaycan da taxılın idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq. Bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müşavirədəki giriş və yekun nitqlərində yer alan məsələlərin ümumiləşdirilmiş ifadəsi olaraq, ölkə Prezidentinin düşünülmüş və məqsədyönlü, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti ölkəmizin hər bir məsələnin milli maraqlarımıza uyğun şəkildə çözülməsini təmin edir. "Azərbaycan dövləti hər zaman bəyan edir ki, 28 il heç bir nəticə hasil etməyən ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu fikrin həqiqiliyini əsaslandırmaq üçün Minsk qrupunun həmsədr dövlətləri arasında münasibətlərin hazırkı səviyyəsinə diqqət yetirmək kifayətdir. Bir-birinə qarşı etimadsızlıq mühitinin hökm sürdüyü quruma üzv dövlətlərdən artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsi ilə bağlı hər hansı konstruktiv təklif gözləmək ən yumşaq formada ifadə etməli olsaq sadəlövhlük olardı. Artıq çözülmüş məsələnin hansı həllindən söhbət gedir ki, ATƏT-in Minsk qrupuna ehtiyac olsun? Bütün bunlar bir daha açıq-aydın göstərir ki, Ermənistan sülh müqaviləsi ilə bağlı konkret addımlar atmalıdır."
Naftalan şəhər sakini Kəmalə Hüseynova

Siyasi       Tarix: 19 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar az xeberlər idman xeberleri son xeberler azerbaycan