Azərbaycan qarşıdakı mövsümdə hansı ölkələrdən turist gözləyir? - AÇIQLAMA + FOTO

Azərbaycan qarşıdakı mövsümdə hansı ölkələrdən turist gözləyir? - AÇIQLAMA + FOTOAzərbaycan qarşıdakı mövsümdə hansı ölkələrdən turist gözləyir? - AÇIQLAMA + FOTO
Dövlət Turizm Agentliyi (DTA) yeni nəsil koronavirus (COVID-19) pandemiyasını və regional məsələləri nəzərə alaraq yeni rəqabət şəraitində ənənəvi bazarlarla yanaşı digər bazarlarda da təbliğat və marketinq işlərini gücləndirməyə qərar verib.
Bunu "Report"a açıqlamasında DTA-nın sədrinin müşaviri Kənan Quluzadə bildirib.
K.Quluzadənin sözlərinə görə, bir sıra ölkələrlə aviareyslərin sayının artırılması nəzərdə tutulur:
"Burada həm bizim milli aviadaşıyıcımızın, həm də həmin ölkələrə məxsus aviaşirkətlərin reyslərinin artırılmasından söhbət gedir. Bu baxımdan yay mövsümü üçün yeniliklər etməyi düşünürük.
Bizim nəzərdə tutduğumuz həmin bazarlar Yaxın Şərq və Cənubi Asiya regionudur. Əlbəttə ki, ənənəvi bazarlar yerindədir. Yaxın Şərq dedikdə əsas prioritetlərimiz İsrail, Səudiyyə Ərəbistanı, Qatar, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər ölkələrdir. Cənubi Asiya dedikdə isə Hindistan və Pakistanı nəzərdə tuturuq.
Hazırda uçuşlar mövcud olan bir sıra ölkələrə olan reyslərin sayının artırılması, həmçinin bəzi ölkələrə isə uçuşlara start verilməsi nəzərdə tutulur. Bu baxımdan Səudiyyə Ərəbistanına olan reyslərin 2 dəfə artırılması nəzərdə tutulur. BƏƏ-dən Azərbaycana hazırda həftədə 36 reys həyata keçirilir və biz bunun da artırılmasını planlaşdırırıq. Əsas məqsəd coğrafiyamızı genişləndirmək, artan rəqabət şəraitində davamlı inkişafı təmin etmək, pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşmaqdır".
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev isə hesab edir ki, ötən gün DTA ilə turizm sektorunun nümayəndələri arasında keçirilən görüş sektorun inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır:
"Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə təşkil edilən və 3 saatdan artıq davam edən görüşü tarixi görüş adlandırardım. Biz daha çox hədəfləri, dövlət-özəl sektoru əməkdaşlığını, ümumi problemlərin birgə həlli məsələlərini müzakirə etdik.
Azərbaycan qarşıdakı mövsümdə hansı ölkələrdən turist gözləyir? - AÇIQLAMA + FOTOBu il bizim üçün hədəf ölkələr sırasında Yaponiya, Çin, Cənubi Koreya kimi ölkələrdir. Həmçinin türkdilli ölkələrin ortaq turizm marşrutu da var. Qazaxıstan və Özbəkistan kimi ölkələrdən istər sağlamlıq turizmi, istərsə də digər məqsədlərlə gələn turistlərin artırılması istiqamətində işlər aparırıq. Həmçinin Avropa ölkələrindən olan turistlər də bizim üçün əhəmiyyətlidir.
Bizə maraqlı olan məsələlərdən biri də xarici aviaşirkətlərin Azərbaycana uçuşuna şəraitin yaradılması, onların həvəsləndirilməsi, nümunəvi xidmət, "Turizm haqqında" Qanunun təsdiqindən sonra əməkdaşlıq imkanları və rəqabətqabiliyyətli məhsulların yaradılmasıdır. Ümid edirəm ki, bu dəyişikliklər ilin sonuna qədər bizim turizm statistikamızda da öz əksini tapacaq".
Turizm üzrə ekspert Aqil Ağalarov isə hesab edir ki, Azərbaycanın pandemiyadan öncəki göstəriciləri bərpa etmək üçün imkanlar yaranıb və bu imkanlardan maksimum yararlanmaq lazımdır:
"Hazırda Hindistan və Pakistan kimi Asiya ölkələrindən Azərbaycana gələnlərin sayı artmaqdadır. Təbii ki, İrandan da ölkəmizə səfər edənlərin sayında artım müşahidə edirik. İranla yanaşı Rusiya və Türkiyədən gələnlərin də sayında kəskin artım var. Təbii ki, Rusiyanın Ukraynada apardığı müharibənin təsiri nəticəsində bu ölkədən də Azərbaycana axınların sayı artır.
Azərbaycan qarşıdakı mövsümdə hansı ölkələrdən turist gözləyir? - AÇIQLAMA + FOTOHesab edirəm ki, bu çox yaxşı haldır və Yaxın Şərq, həmçinin Asiya ölkələrindən gələn turistlərin artırılması istiqamətində atılan addımların əhatə dairəsini genişləndirmək lazımdır. Bunun üçün isə ilk olaraq ölkəmizdə olan turizm infrastrukturu dünya ölkələrində tanıtmaq lazımdır. Xüsusən də azad edilmiş ərazilərimizin yüksək turizm potensialı bizə imkan verir ki, ölkəmizə təşrif buyuran qonaqlarımız rahat qarşılayaq, həmçinin onların təkrar Azərbaycana dönməsini təmin edək".
Qeyd edək ki, ötən gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yay turizm mövsümü üzrə hazırlıqlarla bağlı turizm sənayesinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə çıxış edən DTA-nın sədri Fuad Nağıyev bildirib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin sayı 2 dəfə artıb.
O, həmçinin ölkəmizə uçuşların sayının artırılması, daha çox ölkə ilə vizasız gediş-gəliş, sərhədkeçmə prosedurlarının asanlaşdırılması kimi amillərin gəlmə turizmi üçün xüsusilə vacib olduğunu qeyd edib.
Görüşdə yay mövsümü üçün İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər kimi Yaxın Şərq ölkələri, eləcə də Hindistan və Pakistan kimi Asiya ölkələrinin hədəf ölkələr seçildiyi, bu ölkələr üzrə aktiv marketinq tədbirlərinin aparıldığı qeyd olunub. Bildirilib ki, hazırda İsraillə həftədə 7 dəfə, Səudiyyə Ərəbistanı ilə 13 dəfə, BƏƏ ilə 36 dəfə, Küveyt və Qətərlə isə 7 dəfə olan birbaşa uçuşların yay mövsümü üçün daha da artırılması planlaşdırılır.

Turizm       Tarix: 19 may 2022
f Paylaş

Oxşar xəbərlər

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri cəbhədən ən son xəbər xeberler bu gun kriminal bugun