Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI
Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI
"Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib".
"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, dövlət qurumları və özəl sektor tərəfindən həyata keçirilən birgə və bir-birini tamamlayan səylər Azərbaycan Respublikasından olan Ümrə zəvvarlarının sayının artmasına töhfə verib. Belə ki, zəvvarların sayı 2023-cü ildə 15 380-a çatıb.
"Bu gün mən və həmkarlarım Qafqaz Müsəlmanları İdarəsinin sədri qardaşım şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə səmərəli və konstruktiv görüş keçirdik. Burada biz Azərbaycan Respublikasından gələn zəvvar və ziyarətçilərin səfərini asanlaşdırmaq üçün bütün imkanlardan istifadə etmək, habelə bir sıra təşəbbüsləri və tədbirləri müzakirə etdik", - deyə nazir Taufiq bin Fauzən Əl Rabiə vurğulayıb.
O qeyd edib ki, Bakı ilə Səudiyyə Ərəbistanının şəhərləri arasında birbaşa uçuşların sayı həftədə 20 reysə çatıb:
"Flynas" hava şirkətinin Bakı-Ciddə marşrutu üzrə ucuz qiymətli reysləri artıb".

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var