Azərbaycan qazının Bolqarıstana nəqlinə başlanıldı
Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb.
KONKRET.az Report-a istinadən xəbər verir ki, Azərbaycan qazının Komotini-Stara Zaqora kəməri ilə Yunanıstandan Bolqarıstana sınaq nəqlinə bu gün başlanılıb, sınaq işləri ayın sonunadək davam edəcək.
2022-ci il iyulun 1-dən razılaşdırılmış 1 milyard kubmetr həcmində tədarüklərə başlanacağı gözlənilir.
Qeyd edək ki, Komotinidəki boru kəməri və Aleksandrupolis yaxınlığındakı terminal Bolqarıstan və region ölkələrinə Cənub Qaz Dəhlizindən qaz almağa imkan verəcək.
Xatırladaq ki, apreldə Rusiyanın "Qazprom" şirkəti Bolqarıstana qaz nəqlini dayandırdığını bəyan edib, çünki Bolqarıstan tərəfi onun şərtləri ilə tədarük haqqını ödəməkdən imtina edib.

"Azərbaycanı vurardıq" bəyanatına Bakıdan cavab: "İranda yaxşı bilirlər ki…"
Azercell və Samsung-dan yeni kampaniya
Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatdı
Leandro Andrade "Qarabağ"dan GETDİ
Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik etdi - Foto
Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
Uqandada hərbçilər televiziya kanallarının yayımını dayandırdılar
DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur
Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal
Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."
Babək rayonunda ağır qəza - Üç nəfər xəsarət alıb - FOTO
Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?