Azərbaycan Qran-prisində əsas yarış başa çatdı - FOTO (YENİLƏNDİ)

Azərbaycan Qran-prisində əsas yarış başa çatdı - FOTO (YENİLƏNDİ)Formula 1 üzrə Azərbaycan Qran Prisi başa çatıb.
Publika.az xəbər verir ki, Bakıda keçirilən mövsümün altıncı mərhələsində "Red Bull" komandasının meksikalı pilotu Serxio Peres birinci yeri tutub.
Komanda yoldaşı Maks Verstapenin qəzaya uğraması səbəbindən ilk sıraya yüksələn pilot yarış bərpa edildikdən sonra qalan üç turda da liderliyini qoruyub və qalib olub. 31 yaşlı pilot mövsümdə ilk qələbəsini qazanıb.
"Aston Martin"dən Sebastyan Fetel ikinci, "AlfaTauri" komandasının üzvü Pyer Qasli isə üçüncü olub.
Qeyd edək ki, 2016-cı ildə Bakıdakı yarışın birincisi "Mercedes"in pilotu Niko Rosberq olub. Növbəti 3 ildə isə müvafiq olaraq, Daniel Rikkardo ("Red Bull"), Luis Hamilton ("Mercedes") və Valtteri Bottas ("Mercedes") qalib adına yiyələnib.
Azərbaycan Qran-prisində əsas yarış başa çatdı - FOTO (YENİLƏNDİ)Azərbaycan Qran-prisində əsas yarış başa çatdı - FOTO (YENİLƏNDİ)Azərbaycan Qran-prisində əsas yarış başa çatdı - FOTO (YENİLƏNDİ)xxx
15:49
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi olub.
İlk olaraq pilotların təqdimatı gerçəkləşib.
Tədbir bir dəqiqəlik sükutla başlayıb. Bu, "Mclaren"in əsas səhmdarlarından biri Mansur Odjey və Beynəlxalq Avtomobil Federasiyasının keçmiş prezidenti Maxs Moslinin ölümü ilə əlaqədardır.
Sürücülərin təqdimatından sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanıb. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanıb. Himn Vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndirilib.
Trek üzərində dayanan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayrağı tutub. Onlar Bakıda keçirilən beşinci "Formula 1" yarışını simvolizə edən və barış işarəsini əks etdirən "V" formasında dayanıblar.
Mərasim üçün hazırlanan himnin xüsusi versiyası Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanıb. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunub.
Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi saat 16:00-da start götürəcək. Yarış koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir.

İdman       Tarix: 06 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler