Azərbaycan rəsmiləri təyyarə qəzasında yaralananların səhhəti ilə maraqlanıblar

Azərbaycan rəsmiləri təyyarə qəzasında yaralananların səhhəti ilə maraqlanıblarSəhiyyə naziri Teymur Musayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan vətəndaşları ziyarət edib, onların səhhəti ilə maraqlanıb.
"Report" xəbər verir ki, hazırda ixtisaslı həkimlər tərəfindən instrumental-diaqnostik muayinələr aparılır, vəziyyətlərinə uyğun olaraq müaviq şöbələrə yerləşdirilməsi təmin olunacaq.
Qeyd edək ki, Aktauda "AZAL" təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan və Qazaxıstanda 6 gün ərzində reanimasiya şöbəsində müalicə olunan Azərbaycanın 3 vətəndaşı Bakıya gətirilərək təcili tibbi yardım briqadası tərəfindən "Yeni Klinika"ya yerləşdirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edib.
İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Sosial     Baxılıb: 360   Tarix: 31 dekabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qəzada ölən hərbçilərin FOTOSU

Xəbər verdiyimiz kimi, Füzuli rayonunda 2 hərbçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən faciəvi şəkildə həyatını itirən 36 yaşlı Əli Vəliyev və 26 yaşlı Mirqəşəm Talıbovu

Bu il qızıl bahalaşacaq, yoxsa ucuzlaşacaq? - AÇIQLANDI

Yaxın şərqdə baş verən münaqişə əlvan metal bazarına təsirsiz ötüşməyib. Hazırda dünyada qızılın dəyərdən düşdüyü hiss olunur. Bəs bu tendensiya yerli bazara necə təsir edib?. xəbər verir ki, satıcıların sözlərinə görə, ucuzlaşm

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

Bu gün saat 12:10-da "Ulduz–Nərimanov" mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmala

Yeni həftədə yaxşı pul qazanacaq bürclər

Yeni həftə üçün astroloji proqnozlara görə bəzi bürclər maliyyə baxımından daha uğurlu görünür. Amma bunu "dəqiq zəmanət" kimi yox, daha çox fürsətlərin artması kimi qəbul etmək daha realistdir. Yeni həftədə pu

Sabahın havası ilə bağlı - XƏBƏRDARLIQ

Aprelin 23-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Culfa, Ordubad, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən

Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi martın 9-da ölkə üzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksək nəticəni göstərib. Region şagirdlər

TƏCİLİ: Devalvasiya ilə bağlı VACİB AÇIQLAMA - Manatı nələr gözləyir?

Son dövrlərdə qlobal iqtisadi proseslər, enerji bazarlarında dəyişkənlik və regionda baş verən hadisələr fonunda Azərbaycanda milli valyutanın taleyi yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə, əhali arasında "devalvasiy

Ağdamda gənc FACİƏLİ şəkildə öldü

Ağdamda 25 yaşlı gənc traktorun aqreqatının altında qalaraq həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmə

Ağdərədə mina partladı - Xəsarət alan var

İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib. xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber.az qurban bayrami 2026 xabar az sou biznes