Azərbaycan Respyblikasının Konstitusiyası əsl vətəndaş yetişdirilməsi üçün böyük imkanlar açır

Azərbaycan Respyblikasının Konstitusiyası əsl vətəndaş yetişdirilməsi üçün böyük imkanlar açırAzərbaycanın ilk Konstitusiya quruluşu 1921-ci il mayın 19-da SSRİ-nin dövründə qəbul olunub. Sonralar Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişiklər edilib. 1978-ci il aprel ayının 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Ümummilli Liderimiz Heydər Əliyevin təklifi və təkidi  ilə Konstitusiyanın 73-cu maddəsinə: "Azərbaycan Sovet Sosialist Resspublikasının dövlət dili Azərbaycan dilidir".- cümləsi əlavə edilib. Bu, Dahi Rəhbərin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən və demək olar ki, müstəqilliyə aparan ilk addımlardan biri idi. 
Ümummilli Lider Heydər Əliyev demişdir: " Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".
Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiya layihəsi 12 noyabr 1995-ci il tarixdə Referendum yolu ilə xalq tərəfindən qəbul edilmişdir.
Tarixə  nəzər  salaq: 1813-28-ci  ilə  qədər  Azərbaycanın  ərazisi  410 min kv.km.idi. 1990-ci  illərdə  artıq bu,  kiçilərək  86,6 min kv.km. olmuşdur. Torpaqlarımızın  20%  isə işğal  altında  idi. Konstitusiyanın 76-cı maddəsi  gənclərdə  torpaq  təəssübkeşliyi  oyadır: "Vətəni  müdafiə  hər  bir  vətəndaşın  borcudur. Vətəni  təkcə  sevməklə  vətənpərvər  olmaq  olmaz, əsl  vətənpərvər,  əsl  patriot  o  şəxsdir  ki,  o  vətən  uğrunda  canından  və  qanından  keçməyə  hazır  olsun".
44 günlük Vətən müharibəsi, Müzəffər ordu, onu düzgün yönəldən mahir siyasətçi, ağıllı rəhbər, mükəmməl demokratik düşüncə sahibi, xalqını böyuk məhəbbətlə sevən Ali Baş Komandan 28 il işğal altında olan əbədi və əzəli Azərbaycan torpaqlarını azad etdi. 30 illik münaqişə 44 günə öz həllini tapdı. Bu müharibədə yüksək məqama-şəhadətə yüksələn igidlərimizin, qazilərimizin, qəhraman əsgərlərimizin göstərdiyi qəhramanlıqlar unudulmayacaq.
Konstitusiyanın  ümumi  ruhu  və  məzmunu  bunu  bilməyə  əsas  verir  ki,  müasir  gənclərimizi  milli  ruhda  ümumbəşəri  dəyərləri  mənimsəmək,  İslam  dini  dəyərlərinin  mütərəqqi  ənənələrini  sevmək  və  yaşatmaq  ruhunda  tərbiyələndirmək  lazımdır.  Bunun  üçün  mənəvi  qaynaqlarımızdan,  mənəviyyat  xəzinəmizdən  daima  istifadə  etməliyik.  Ulu  öndər   Heydər  Əliyev  gənclərə  müraciətlə  demişdir:
"Azərbaycan  xalqının  milli  mənəviyyatında  170  illik  bir  yarğın  vardır.  Azərbaycanın  Rusiyaya  birləşdirildiyi  1828-ci  ildən  1991-ci  ilə  qədər  olan  dövrü  nəzərdə  tuturam.  Rusiya  ərazisində  yaşayan  millətlər  içərisində  mənəviyyatına  azərbaycanlılar  qədər  zərbələr  vurulan  xalq  tapmaq  çətindir.  20  ildə  3  dəfə  əlifbası  dəyişib,  1936-cı  ildə  türk  soykökü  adına  qadağa  qoyulub,  tarixi  keçmişindən  ayrı  salınıb. Lakin  xalqın  yaddaşı  çox  möhkəm  olur.  Bugünki,  özünəqayıdış,  özünüdərk  prosesində  gənclərin  milli  kökdə,  milli  mənəviyyat  qaynaqları  əsasında  formalaşması  böyük  əhəmiyyət  kəsb  edir.  Gənclərin  gələcəyə  hazırlanması,  onların  milli  dəyərlər  üzərində  boy  atması,  vətənpərvər   vətəndaş  olması  müstəqil dövlətimizin  siyasətində  mühüm  yer  tutur.  Bu  baxımdan  Müstəqil  Azərbaycanın  Əsas Qanununun  oynadığı  rol  əvəzsizdir.  Müstəqil  dövlətimizin  atributlarından  biri  olan  Konstitusiya  dövlətçiliyimizi  möhkəmləndirmiş,  onun  beynəlxalq  nüfuzunu  artırmışdır. Bu  qanunu  bilmədən  və ona  hörmət  etmədən,  xalqımızın  və  dövlətimizin  mənafeyinə  uyğun  yaşamaq  və  işləmək  mümkün  deyil.  Özünü  Azərbaycan  vətəndaşı  sayan  hər  bir  şəxs  bu  qanunun  qarşısında  cavabdehdir  və  onun  aliliyinə  hörmət  etmək  onun  vətəndaşlıq  borcudur".
Konstitusiya  bəyan  edir  ki,  Azərbaycan  Respublikasında  Hakimiyyətin  yeganə  mənbəyi  Azərbaycan  xalqıdır.  Bu  isə  o  deməkdir  ki,  xalqımızın  taleyi  və  müqəddəratı  öz  əlindədir. Bu  siyasi  fikrin  gənclərə  mənimsədilməsi  onlarda  milli  qürur  hissinin  möhkəmlənməsinə,  mənəviyyatının  zənginləşməsinə  səbəb  olur. Öz  Vətəninin  sahibi  olmaq,  hər  bir  gəncdə  milli  ruhu  gücləndirir.
Konstitusiyanın  11-ci  maddəsində  qeyd  olunur: "Azərbaycan  Respublikası  ərazisi  vahiddir,  toxunulmazdır  və  bölünməzdir".
Hər  bir  xalqın,  millətin  kimliyi  və  necəliyi  haqqında  fikir  söyləyərkən  öncə  onun  hansı  mənəvi  köklər  arasında  formalaşdığını  nəzərdən  keçirmək  lazım  gəlir.  Azərbaycan  xalqı  bu  baxımdan  öz  böyüklüyü  və  kamilliyi  ilə  qürurlana  bilər,  mənəviyyat  qaynaqları  ilə  fəxr  edə  bilər.
70  illik  sovet  ideologiyası  öz  kökünə  qırılmaz  tellərlə  bağlı  olan  Azərbaycan  xalqını  əridə bilmədi.  Öz  müstəqilliyini  qazanan  Azərbacan  Respublikasında  mənəvi  qaynaqlara,  qan  yaddaşına doğru  güclü  yürüş  başlandı.  
Konstitusiyada  vicdan  azadlığı  haqqında  xüsusi  maddədə  deyilir: "Hər  kəsin  vicdan  azadlığı  vardır.  Hər  kəs  dinə  münasibətini  müstəqil  formalaşdırır.  Bu  isə  bizə  imkan  verir  ki,  gənc nəsli  müqəddəs  Qurani-Kərimdə  göstərilən  bəşəri  qaydalar,  ulu  peyğəmbərimizin  "bir  günlük  təhsil  40  illik  ibadətdən  üstündür" kəlamı  ilə  tərbiyə  edək".
Azərbaycan  Respublikasının  Konstitusiyası  əsl  vətəndaş  yetişdirilməsi  üçün  böyük  imkanlar  açır.  Müstəqil  Azərbaycanın  gələcək  qurucularının  kamil  şəxsiyyət  kimi  formalaşmasında  əsas  qanunun  - Konstitusiyanın  rolu  əvəzsizdir.
Təyyubə Hüseynova
Abşeron rayonu, Saray 3 saylı tam orta məktəbin direktoru / azxeber.com

Siyasi       Tarix: 13 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


azerbaycan xeberleri son xeberler yeni xeberler az xeber son xeberler az cebheden xeber son xəbərlər