Azərbaycan-Rumıniya ikitərəfli strateji tərəfdaşlığının prioritet istiqamətləri müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb, iki ölkə arasında ikitərəfli strateji tərəfdaşlığının prioritet istiqamətlərini müzakirə edib.
azxeber.com xəbər verir ki, görüşdə energetika, nəqliyyat, tranzit, iqtisadi-ticarət və s. istiqamətlərdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib. Ölkələrimiz arasında artan yüksək səviyyəli səfərlər və siyasi dialoqdan məmnunluq ifadə olunub.
Ceyhun Bayramov, həmkarına post-münaqişə dövründə bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh sazişinin hazırlanması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. Nazir, mövcud mina təhlükəsini, bunun yaratdığı ciddi humanitar fəsadları diqqətə çatdırıb.
Nazir Auresku bu il Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyini, energetika və enerji təhlükəsizliyi sahəsində praktiki əməkdaşlığın daha da inkişaf etməsinin vacib olduğunu qeyd edib.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər və regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü