Azərbaycan Rusiya helikopterinin vurulması ilə bağlı dəlillər toplayıb
Azərbaycan Vətən müharibəsi zamanı vurulan Rusiyaya məxsus Mİ-24 helikopterinin işi ilə bağlı dəlillər toplayıb və ekspertiza keçirib, faciə ilə bağlı istintaq davam edir.
Bu barədə "RİA Novosti"yə Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib/
"9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mİ-24 hərbi helikopterinin vurulması ilə əlaqədar Baş Prokurorluq təcili yoxlama tədbirlərindən sonra cinayət işi açıb. Müvafiq ekspertizalar aparılıb və maddi sübutlar toplanıb, habelə digər zəruri prosessual hərəkətlər edilib", - deyə mətbuat xidmətinin rəhbəri bildirib.
Səlimzadə onu da vurğulayıb ki, Azərbaycan Baş Prokurorluğu Rusiyaya məxsus helikopterin qəzaya uğraması ilə bağlı qanuni qərar qəbul edilməsini təmin edəcək.
"Hazırda istintaq davam edir və ekspertizanın nəticələrinə uyğun olaraq qanuni qərar qəbul ediləcək", - deyə o, vurğulayıb.

Seymur Cəfərov vəfat etdi
Prezident Canni İnfantinonu qəbul etdi
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?