Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi yaranıb - FOTO
Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük postunda yük avtomobillərinin uzun növbəsi yaranıb.
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, gömrük keçid məntəqəsində 2000-dən yuxarı maşın qarşı tərəfə keçmək üçün gözləyir.
"Samur" gömrük postundan APA-nın yerli bürosuna verilən məlumata görə, ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Qeyd edək ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir.
Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Rusiya tərəfi ilə müntəzəm danşıqlar aparır.





/ azxeber.com

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü