Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş başlayıb -YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov teleqramda məlumat yayıb.
Qeyd edək ki, görüş Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB XİN başçıları Şurasının toplantısı çərçivəsində keçirilir.
***
17:01
Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüş keçirəcək.
"Bu gün burada bizim erməni həmkarımız Ararat Mirzoyan ilə üçtərəfli görüş keçirmək, prezidentlərimizin son il yarım ərzində qəbul etdiyi üç üçtərəfli bəyanatların necə həyata keçirildiyini görmək üçün yaxşı imkanımız var", – S.Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
Qeyd edək ki, S.Lavrov Düşənbədə həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da təkbətək görüş keçirib.//Report

İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test