Azərbaycan Rusiyadan aldığı qazın pulunu rublla ödəsə nə baş verəcək? - ŞƏRH

Azərbaycan Rusiyadan aldığı qazın pulunu rublla ödəsə nə baş verəcək? - ŞƏRHQərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda şimal qonşumuz müxtəlif iqtisadi çətinliklər yaşayır. Vəziyyətdən çıxış yolu kimi, Prezident Vladimir Putin ticari əməliyyatları rublla aparmaq qərarına gəlib. Düzdür, Avropa İttifaqı ölkələri hələlik bu məsələyə müsbət yanaşmır. Lakin görünür kiçik dövlətlərin başqa seçimi yoxdur. Belə ki,  Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib ki, Moskva Qərbin hərəkətlərindən yaranan riskləri azaltmaq üçün qabaqlayıcı tədbirlər görür.
Maraqlıdır, Azərbaycan Rusiya qazını da rublla ala bilərmi? Bunun bizim üçün hansı müsbət və mənfi tərəfləri ola bilər? 
Mövzu ilə bağlı KONKRET.az-ın suallarına enerji məsələləri üzrə ekspert İlham Şaban cavab verib. O bildirib ki, indidən Azərbaycanın Rusiyadan aldığı qazın pulunu rublla ödəyəcəyi qənaətinə gəlmək olmaz: "Qonçarın açıqladığı məsələlər çox qəliz və qarışıqdır. Onun sözügedən açıqlamasından yola çıxaraq Azərbaycanın Rusiya qazının pulunu rublla ödəyəcəyi qənaətinə gəlmək olmaz. İndiki halda bu tamamilə məchuldur. Mən Azərbaycan Dövlət Neft şirkətinə həmin məsələ ilə bağlı sorğu göndərsəm də indiyə qədər cavab ala bilməmişəm. Əslində Azərbaycan hökuməti Qonçarın açıqlamasına operativ reaksiya verməli idi. Lakin bu olmadı".
Azərbaycan Rusiyadan aldığı qazın pulunu rublla ödəsə nə baş verəcək? - ŞƏRHEkspert bildirib ki, Azərbaycanla Rusiya arasında ticari əməliyyatlar gələcəkdə rublla aparıla bilər: "Digər tərəfdən Azərbaycan və Rusiya arasında ötən və cari  il üçün qazın alqı-satqısına dair kommersiya müqaviləsi yoxdur. Ona görə də Qonçarın açıqlamaları hər kəs üçün əsl müəmmadır. Kommersiya sazişi olmadığına görə bu barədə fikir söyləmək də çətindir. Gələcəkdə Rusiya ilə Azərbaycan enerji sahəsində əməliyyatlarının rublla həyata keçirilməsi mümkündür. Əməliyyatları istənilən valyutada aparmaq olar. İki qonşu ölkə ticarət münasibətlərində istədiyini edə bilər. Çünki bizim Rusiya ilə böyük ticarət dövriyyəmiz var və burada mənfi heç nə yoxdur".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 25 aprel 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com cəbhədən son xəbərlər 2026 en son xeberler bu gun novruz bayramı