Azərbaycan seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-ə dəvət göndərib
Azərbaycan hökuməti növbədənkənar prezident seçkilərinin müşahidəsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) dəvət göndərib.
KONKRET.az xəbər verir ki, bu barədə ATƏT DTİHB-nin mətbuat katibi bildirib.
Seçkiqabağı mühiti və səsvermə gününə hazırlığı qiymətləndirmək üçün seçki gününə bir müddət qalmış seçkinin keçirilməli olduğu ATƏT ölkələrinə səfərlərin baş tutduğunu deyən ATƏT DTİHB-nin rəsmisi belə səfərlər zamanı mühiti qiymətləndirmək üçün hökumət rəsmiləri, seçki administrasiyası, ədliyyə sisteminin təmsilçiləri, siyasi partiyalar, vətəndaş cəmiyyətinin nümayəndələri və media da daxil olmaqla, geniş kütlə ilə görüşlər keçirildiyini deyib.
"Hər bir seçki müşahidəsinə ilkin ehtiyacların qiymətləndirilməsindən sonra öz mahiyyəti üzrə qərar verilir.
DTİHB-nin Azərbaycanda qarşıdan gələn seçkilərlə bağlı ehtiyacların qiymətləndirilməsi hesabatı yaxın günlərdə dərc ediləcək", – o əlavə edib.APA

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda